Mikayıl Cabbarov tədbirdə: "Aİ ölkələri Azərbaycana 20 milyard dollar investisiya yatırıb"
12-03-2021 [18:00]
“Aİ Biznes Mühiti Hesabatı 2020” 5-ci nəşrinin təqdimatı keçirilib.
Onlayn formatda təşkil olunan tədbirdə Azərbaycanın rəsmi şəxsləri, beynəlxalq təşkilatların nümayəndələri və sahibkarlar iştirak ediblər.
Mia.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin Avropa İttifaqı (Aİ) ilə əlaqələrə xüsusi önəm verdiyini diqqətə çatdırıb, Azərbaycan iqtisadiyyatının genişlənməsinə və şaxələndirilməsinə yönəlmiş sistemli tədbirlərin həyata keçirilməsində beynəlxalq təcrübənin tətbiqi baxımından Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Nazir tərəflər arasında münasibətlərin artan dinamikasında qarşılıqlı səfərlərin, yüksək səviyyəli görüşlərin mühüm əhəmiyyətini qeyd edib. Bildirilib ki, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. 2020-ci ildə ticarət dövriyyəsi 9,33 milyard ABŞ dolları təşkil edib. Son 8 ildə Aİ ölkələrinin Azərbaycana yatırdığı investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollardan çoxdur.
COVID-19 pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirindən bəhs edən iqtisadiyyat naziri bu təsirlərin minimallaşdırılması istiqamətində həyata keçirilən sosial-iqtisadi və maliyyə dəstəyi tədbirləri, həmçinin iqtisadiyyatın liberallaşdırılması istiqamətində görülən işlər, əlverişli biznes və investisiya mühiti, birbaşa xarici investisiyaların təşviqinə dair strategiya və s. barədə məlumat verib.
Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsini vurğulayaraq, işğaldan azad olunmuş torpaqlarımızda yeni infrastruktur və tikinti layihələrinin həyata keçirilməsinin əsas vəzifələrdən olduğunu, investisiya qoyuluşu üçün geniş imkanlar yaradılacağını bildirib, təşkilata üzv olan ölkələri reallaşdırılacaq layihələrdə əməkdaşlığa dəvət edib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Azərbaycan ilə Aİ arasında əlaqələrdən danışıb, tərəfdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.
İclasda həmçinin, “Azərbaycan 2020: Aİ biznes mühiti” hesabatının təqdimatı keçirilib, ekspertlərin rəyləri dinlənilib. Hesabata əsasən, Azərbaycanda təmsil olunan Aİ ölkələri şirkətlərinin 80%-dən çoxu iqtisadi fəaliyyət üçün yenidən ölkəmizi seçmək niyyətini bildiriblər. Bununla yanaşı, Avropa şirkətlərinin 75%-i pandemiyanın təsirlərinin minimallaşdirilması üçün həyata keçirilən dövlət dəstəyi tədbirlərindən tam razı qaldıqlarını ifadə ediblər. Avropa şirkətləri həmçinin, Azərbaycanın işğaldan azad olunmuş əraziləri üzərində Hökumət nəzarətinin bərpa edilməsinin həm əhali, həm də ölkə iqtisadiyyatı üçün əhəmiyyətini vurğulayıblar.
Sonda iqtisadi əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi imkanları barədə müzakirələr aparılıb, suallar cavablandırılıb.
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR