Kəbirə Məmmədova “Binə”də mağazaları yanmış sahibkarlarla razılığa gəlib

img

25-12-2013 [16:56]


Dünən Binə ticarət mərkəzində baş verən yanğın hadisəsindən sonra Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədova sahibkarlarla görüşüb. Ticarət Mərkəzində çalışan sahibkarlardan birinin Modern.az-a verdiyi məlumat görə, Kəbirə Məmmədova artıq maddi ziyan çəkmiş sahibkarlarla ümumi razılığa gəlib. O bildirib ki, yanan obyektlər hər iki tərəfin köməkliyi ilə 15 gün ərzində təmir ediləcək. Üstəlik yaxın 7 ayda icarə pulu alınmayacaq. Sahibkarlar K. Məmmədovanın bu təklifi ilə razılaşıblar.

Artıq ərazidə təmizləmə işləri gedir. Yanğın nəticəsində ticarət mərkəzində fövqəladə hadisənin nəticələri aradan qaldırılır.

Qeyd edək ki, ötən gün Binə Ticarət Mərkəzində güclü yanğında 45 mağaza yanaraq kül olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA