Əkin subsidiyasının məbləği artırıldı - Cədvəl
12-03-2021 [15:45]
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Subsidiya Şurası fermerlərin dizel yanacağı ilə bağlı artan xərclərini kompensasiya etmək məqsədilə əkin subsidiyası əmsallarını artırıb.
Mia.az xəbər verir ki, bu barədə KTN açıqlama yayıb.
Bildirilib ki, dizel yanacağının qiymətindəki dəyişikliklərin kənd təsərrüfatına mümkün təsirini aradan qaldırmaq üçün dövlət fermerlərə stimullaşdırıcı dəstək tədbirlərini davam etdirir:
"Prezident İlham Əliyevin verdiyi tapşırığa əsasən, Aqrar Subsidiya Şurası kənd təsərrüfatı bitkiləri üzrə 2021-ci ildə fermerlərə əlavə əkin subsidiyası verilməsi barədə qərar qəbul edib. Şuranın qərarında yeni əkin əmsalları öz əksini tapıb. Əkin əmsallarının artırılması Tarif (qiymət) Şurasının dizel yanacağının qiymətinə etdiyi dəyişiklik nəticəsində fermerlərin bitkilərin becərilməsi ilə bağlı yaranmış əlavə xərclərini kompensasiya etmək məqsədi daşıyır. Bu məqsədlə hökumət tərəfindən 2021-ci ilin dövlət büdcəsində əlavə vəsaitin ayrılması nəzərdə tutulur.
Hazırda fermerlərə bitkiçilik sahəsində subsidiya ödənişləri davam edir. Fermerlərə ilkin mərhələdə ötən ilin yekununda təsdiqlənmiş məbləğlər üzrə subsidiyalar ödənilir, yeni əkin əmsalına uyğun artırılmış subsidiya məbləğinin ödənişi isə cari il ərzində həyata keçiriləcək.
Qeyd edək ki, fermerlərə verilən əkin subsidiyasının 25%-i nağd formada, 75%-i isə nağdsız formada mineral gübrə, biohumus, pestisid, sertifikatlı toxum və ting alınmasına sərf edilə bilər. Əkin subsidiyası fermerlərin qeyd edilən istehsal vasitələrinin alınması ilə bağlı xərclərinin bir hissəsini kompensasiya edir. Əkin əmsallarının artırılması fermerlərin qeyd edilən istehsal vasitələrinin alınması ilə bağlı xərclərinin əkin subsidiyası hesabına daha böyük hissəsini qarşılamağa və bununla da dizel yanacağının qiymətinin artmasından yaranan əlavə xərclərini kompensasiya etməyə imkan verəcək.
Subsidiyalar fermerlərə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən verilir".
Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2021-ci ildə kənd təsərrüfatı bitkiləri üzrə yeni əkin əmsalları və əkin subsidiyasının məbləği aşağıdakı kimi müəyyən edilib:
|
Bitki növləri |
09.12.2020 təsdiqlənən əkin əmsalı |
Əkin subsidiyası (manat/ha) |
Yanacağa görə əlavə (manat/ha) |
Yeni əkin əmsalı |
Cəmi əkin subsidiyası (yeni) (manat/ha) |
|
Buğda: |
|||||
|
əkin sahələrinin 20 hektarından çox olmayan hissəsinə görə |
1,0 |
200 |
40 |
1.2 |
240 |
|
əkin sahələrinin 20 hektarından çox olan hissəsinə görə |
0,8 |
160 |
20 |
0.9 |
180 |
|
Çəltik |
1,4 |
280 |
40 |
1.6 |
320 |
|
Soya |
1,3 |
260 |
20 |
1.4 |
280 |
|
Qarğıdalı |
0,8 |
160 |
40 |
1.0 |
200 |
|
Darı |
0,8 |
160 |
20 |
0.9 |
180 |
|
Sorqo |
0,5 |
100 |
40 |
0.7 |
140 |
|
Digər dənli və dənli paxlalılar (arpa, covdar, vələmir, noxud, mərci və s.) |
0,8 |
160 |
20 |
0.9 |
180 |
|
Qarabaşaq |
0,9 |
180 |
40 |
1.1 |
220 |
|
Yer fındığı |
0,9 |
180 |
40 |
1.1 |
220 |
|
Zəfəran |
2,0 |
400 |
40 |
2.2 |
440 |
|
Günəbaxan: |
1,0 |
200 |
40 |
1.2 |
240 |
|
Tütün |
1,4 |
280 |
40 |
1.6 |
320 |
|
Pambıq |
1.1 |
220 |
40 |
1.3 |
260 |
|
Şəkər çuğunduru |
1,4 |
280 |
50 |
1.65 |
330 |
|
Kartof |
1,2 |
240 |
40 |
1.4 |
280 |
|
Tərəvəz |
1,2 |
240 |
20 |
1.3 |
260 |
|
Bostan bitkiləri |
1,1 |
220 |
20 |
1.2 |
240 |
|
Yonca |
0,25 |
50 |
20 |
0.35 |
70 |
|
Digər bitkilər |
0,5 |
100 |
30 |
0.65 |
130 |
|
Üzüm: |
|||||
|
bağın salındığı ildən ilk 4 il ərzində |
3,0 |
600 |
40 |
3.2 |
640 |
|
4 ildən sonrakı illər üzrə |
1,2 |
240 |
10 |
1.25 |
250 |
|
Çay: |
|||||
|
plantasiyanın salındığı ildən ilk 7 il ərzində |
3,5 |
700 |
40 |
3.7 |
740 |
|
7-ci ildən sonrakı illər üzrə |
1,2 |
240 |
10 |
1.25 |
250 |
|
İntensiv meyvə bağları: |
|||||
|
bağın salındığı ildən ilk 4 il ərzində |
3,5 |
700 |
30 |
3.65 |
730 |
|
4 ildən sonrakı illər üzrə |
1,2 |
240 |
10 |
1.25 |
250 |
|
Digər meyvə bağları |
1,2 |
240 |
10 |
1.25 |
250 |
|
Giləmeyvəlilər |
1,0 |
200 |
30 |
1.15 |
230 |
|
Təkrar əkinlər |
0,3 |
60 |
26 |
0.43 |
86 |
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR