Departamentdən erməni terrorçu ilə bağlı bəyanat: “Diplomata hücum təkcə hər hansı fərdə qarşı ağır cinayət deyil, həm də..."
12-03-2021 [15:26]
“Dövlət Departamenti 1982-ci ildə Türkiyənin Los Ancelesdəki baş konsulu Kamal Arıkanı qətlə yetirmək üstündə məhkum edilmiş Hampiq Sasunyanın (Hampig “Harry” Sassounian) Kaliforniya ştatında gözlənilən şərti azadlığa buraxılmaq qərarından dərin narahatlıq keçirir”.
Bu barədə Dövlət Departamentinin saytında yerləşdirilmiş açıqlamada bildirilir.
“Diplomata hücum etmək təkcə hər hansı fərdə qarşı ağır cinayət deyil, həm də diplomatiyanın özünə qarşı hücumdur. Dünyada qulluq edən Birləşmiş Ştatlar diplomatlarının təhlükəsizliyini təmin etmək üçün diplomatlara sui-qəsd edənlərin mümkün qədər yüksək cəza almalarını və bu cəzaları vaxtından əvvəl azad edilmədən və ya şərti cəza ilə sərbəst buraxılmadan çəkmələrini müdafiə etmək ABŞ-ın çoxdankı mövqeyidir. Bir daha cənab Arıkanın ailəsinə, həmçinin Türkiyə Xarici İşlər Nazirliyindəki həmkarlarımıza bu itki ilə bağlı dərin hüznlə başsağlığı veririk”, - Departament bəyan edib.
Qeyd edək ki, 1982-ci ilin 28 yanvar tarixində Türkiyənin Los Ancelesdəki baş konsulu Kamal Arıkan avtomobili qırmızı işıqda durarkən baş və sinə nahiyəsindən 14 güllə yarası alıb. Bu hücumu törədən Hampiq Sasunyan uzun məhkəmə prosesindən sonra 1983-cü ilin fevral ayında ömürlük həbs cəzasına məhkum edilib və cəzasını San Fransisko yaxınlığındakı San Kuentin dövlət həbsxanasında çəkib.
Kaliforniyanın yerli qanunlarına əsasən, 25 ildən artıq həbs cəzasını çəkən məhkumlar şərti azadlığa çıxmaq barədə vəsatət qaldırmaq hüququna malikdir. H.Sasunyan da 2007-ci ilin oktyabr ayından bu yana dəfələrlə belə bir vəsatət verib.
Bundan əvvəl Kaliforniya qubernatoru Qavin Nyusom (Gavin Newsom) H.Sasunyan məsələsinə dair məhkəmə qərarı ilə bağlı bundan sonra apellasiya verməmək qərarına gəlmişdi. Bu da Sasunyanın yaxın zamanda şərti azadlığa çıxacağı mənasına gəlirdi/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi