Samirənin "Eurovision" mahnısının adı bəlli olub - VİDEO

img

12-03-2021 [13:58]


Azərbaycanı "Eurovision" mahnı müsabiqəsində təmsil edəcək mahnının adı bəlli olub.

Mia.az xəbər verir ki, 2021-ci ildə mahnı müsabiqəsində təmsilçimiz Samirə Əfəndi "Game of desire" ("Arzulanan oyun") adlı mahnını səsləndirəcək.

Müğənninin ifası və klipinin premyerası martın 15-də olacaq. Hazırda isə ekran işinin tizeri müsabiqənin rəsmi "YouTube" səhifəsində yayımlanıb.

Qeyd edək ki, yarışma 18, 20 və 22 may tarixlərində Rotterdamda baş tutacaq/Axsşam.az.

Xatırladaq ki, Samirə ötən il baş tutmayan "Eurovision" üçün "Cleopatra" mahnısını hazırlamışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR