Qarabağ əlili Səttar Mühbalıyevə görə üstünə benzin töküb yandırdı (Yenilənib, FOTOLAR)

img

25-12-2013 [12:15]


Bakının mərkəzində intihara cəhd olub. APA-nın məlumatına görə, ikinci qrup əlil, 5 uşaq atası Zaur Həsənov üstünə benzin tökərək özünü yandırıb. Ərazidə xidmət aparan polis əməkdaşlarının səyi nəticəsində Z. Həsənovun həyatı xilas edilib. O, əraziyə çağırılan təcilli yardım ilə xəstəxanaya aparılıb.

Səbail rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hazırda intihara cəhdin səbəbləri araşdırılır.

*** 

Z.Zaur Həsənov Azərbaycan Həmkarlar İttifaqının sədri, millət vəkili Səttar Mehbalıyevlə uzun müddət idi ki, münaqişəd idi. Əlil deputatın onun gəlir yeri olan çayxananı södürməkdə, daha sonra isə onun oğurlatdırıb döydürməkdə ittiham edirdi. Qarabağ əlili olan Zakir Həsənov məsələsi həll olunmasa özünü yandıracağını bildirmişdi. Göründüyü kimi, Z.Həsənov intihar etmək məcburiyətində qalıb.

*** 
"Bizim yol”un məlumatına görə, Həmkarlar İttifaqının qarşısında özünü yandıran II qrup Qarabağ əlili Zaur Həsənovun vəziyyəti ağırlır.

Qarabağ əlili özünü yandırmazdan əvvəl bildirib ki, mülkiyyət hüquqları Həmkarlar İttifaqı tərəfindən ciddi şəkildə pozulub: "Vaxtı ilə eks-prezident Heydər Əliyev tərəfindən Qarabağ əlillərinin yaşayışlarının yaxşılaşdırılması məqsədi ilə dəniz kənarında mənə torpaq sahəsi verilmişdi. Həmin torpaqla bağlı Həmkarlar İttifaqı tərəfindən 2010-cu ildə məhkəməyə verildim və yerim əlimdən alındı. Məhkəmənin qərarından sonra hər yerə şikayət etməyimə baxmayaraq boş-boş sözlər və vədlərdən başqa bir cavab verilmədi”.

Zaur Həsənov torpaq sahəsində yerləşən obyektinin yeganə gəlir mənbəyi olduğunu bildiririb: "Özümü yandırmağımla bağlı verdiyim qərar qətidir. Evim bankda girovdadır və satışa çıxarılıb. Bankdan pul götürüb obyektə sərmayə qoydum. Həmkarlar İttifaqının rəhbəri, millət vəkili Səttar Mehbalıyev əlimdən aldı. Ona görə də Həmkarlar İttifaqının qarşısında özümü yandıracam”.


***

12.16

Bakının mərkəzində intihara cəhd olub. APA-nın məlumatına görə, ikinci qrup əlil, 5 uşaq atası Zaur Həsənov üstünə benzin tökərək özünü yandırıb. Ərazidə xidmət aparan polis əməkdaşlarının səyi nəticəsində Z. Həsənovun həyatı xilas edilib. O, əraziyə çağırılan təcilli yardım ilə xəstəxanaya aparılıb.
Səbail rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hazırda intihara cəhdin səbəbləri araşdırılır.







Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA