Keçmiş icra başçısının həbsdə olan qohumunun cəzası ikinci dəfə azaldıldı
11-03-2021 [15:07]
Bakı Apellyasiya Məhkəməsində Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəis müavini Xalid Məmmədovun şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Mia.az Report-a isttinadla xəbər verir ki, hakim İlqar Murquzovun sədrlik etdiyi iclasda qərar elan edilib.
Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin X.Məmmədova verdiyi 8 il 6 ay azadlıqdan məhrumetmə cəzası dəyişdirilib. Belə ki, onun əməli Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsindən 178.2.2, 178.2.3 və 178.2.4-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, təkrar törədildilməklə xeyli miqdarda dələduzluq) maddələrinə tövsif edilib. Sabiq rəis müavininə həmin maddələrlə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.
Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi (rüşvət verməyə təhriketmə) ilə təyin edilən 7 il müddətə azadlıqdan məhrum etmə cəzası isə 12 000 manat miqdarında cərimə cəzası ilə əvəz olunub.
İttihama görə, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini X.Məmmədov işlədiyi dövrdə qulluq mövqeyindən sui-istifadə edərək bir sıra qanunsuz tikililərə görə dələduzluq edib və rüşvət alıb. O, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. X.Məmmədov Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsi onu 8 il 6 ay müddətinə azadlıqdan məhrum edib. X.Məmmədov hökmdən Bakı Apellyasiya Məhkəməsinə şikayət verib.
Apellyasiya instansiyası hökmü dəyişdirərək, X.Məmmədovun cəzasını 4 ilə endirib. Keçmiş rəis müavini bu dəfə Ali Məhkəməyə üz tutub. Məhkəmə işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.
2020-ci ilin əvvəlində X.Məmmədovun ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsinə baxılıb və təmin edilib.
Xatırladaq ki, X.Məmmədov Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədovun qohumudur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi