Samir Nuriyev İşçi Qrupunu topladı: nələr müzakirə olunub?
11-03-2021 [11:30]
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib.
Mia.az xəbər verir ki, azad edilmiş torpaqlarda ekoloji məsələlərin təşkili işlərinin əlaqələndirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrinin cəlb olunduğu Ekoloji məsələlər üzrə İşçi Qrup işğaldan azad olunan ərazilərdə ətraf mühitə və təbii sərvətlərə vurulan zərərin ilkin qiymətləndirilməsi, bioloji müxtəlifliyin bərpası, su ehtiyatlarının idarə edilməsi, ətraf mühitin monitorinqinin aparılması, hidrometeoroloji şəbəkənin bərpası, mövcud mineral xammal resurslarının monitorinqi və ehtiyatlarının yenidən qiymətləndirilməsi, müvafiq tematik və topoqrafik xəritələrin hazırlanması, faktiki əkin altında olan ərazilərin müəyyənləşdirilməsi, deqradasiya olunmuş torpaqların bərpası, kənd təsərrüfatı sahələri üçün müvafiq resursların planlaşdırılması, işğaldan azad edilmiş ərazilərdə ərzaq və qida təhlükəsizliyi məsələlərinin təmin edilməsi üzərində işləyir.
Aidiyyəti qurumlar tərəfindən Qrupun sahəvi tədbirlər planının icrasına başlanılıb. Belə ki, ekoloji vəziyyətin qiymətləndirilməsi üçün işğaldan azad edilmiş rayonlarda kompleks monitorinqlər aparılır və transsərhəd çaylara nəzarət edilir.
Zəngilan rayonunda yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunda qiymətləndirmə və bərpa işlərinin planlaşdırılması üçün Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssislərinin iştirakı ilə ərazidə monitorinqlər aparılır.
İşğaldan azad olunmuş ərazilərdə radioloji və radioekoloji vəziyyətin öyrənilməsi məqsədilə aidiyyəti dövlət orqanları ilə birgə plan-proqram hazırlanmış və sahəvi plana əlavə olunub.
Kəlbəcər rayonu ərazisində mövcud olan termal-mineral su yataqlarının vəziyyətinin qiymətləndirilməsi məqsədilə hidrokimyəvi monitorinq işləri aparılmış və monitorinq nəticələri işğaldan əvvəlki dövrün məlumatları nəzərə alınmaqla təhlil olunub.
Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında filiz və qeyri-filiz, inşaat materialları yataqlarında geoloji-axtarış və qiymətləndirmə işləri, Kəlbəcər və Şuşa rayonlarında yeraltı şirin su və termal-mineral suların monitorinq və qiymətləndirmə işləri üzrə layihələr hazırlanmış və hazırda sahə işləri planlaşdırılır.
Qarabağ iqtisadi rayonu üzrə 13 filiz yatağının fond məlumatları əsasında xəritələri hazırlanıb.
İşğaldan azad olunmuş rayonların topoqrafik xəritələrin hazırlanması işləri davam etdirilir.
İşğaldan azad edilmiş ərazilərin bərpa olunan enerji mənbələri potensialının ölçülməsi məqəsdilə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin əməkdaşları tərəfindən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonlarında potensial günəş enerjisi ərazilərinə baxış keçirilib və Zəngilan rayonunda ölçmə-müşahidə stansiyası quraşdırılıb.
Hidroenerji potensialından səmərəli istifadə ilə bağlı İşçi Qrupun aidiyyəti qurumları tərəfindən müvafiq işlər aparılır.
Regionda balıqçılığın inkişaf etdirilməsi məqsədilə balıqçılıq təsərrüfatlarının yaradılması üçün münasib ərazilərin müəyyən edilməsi, həmçinin mövcud olmuş və dağıdılmış təsərrüfatların bərpası üçün işlər aparılır.
Sahəvi Tədbirlər Planına uygun olaraq işğaldan azad edilmiş ərazilərdə hərbi əməliyyatlar nəticəsində torpaqlarda baş vermiş deqradasiyanın peyk təsvirləri əsasında ilkin qiymətləndirilməsi və xəritələşdirilməsi işləri aparılır. Deqradasiya olunmuş torpaqların bərpası üçün qrupun aidiyyəti elmi institutları tərəfindən qiymətləndirmə işləri aparılır. İşğaldan azad edilmiş rayonlarda kənd təsərrüfatı fəaliyyətinin bərpası və təşkili məqsədilə peyk təsvirləri əsasında potensial əkin sahələri müəyyən olunmuş və xəritələşdirilmişdir.
Qrup fəaliyyətini İdarələrarası Mərkəzin digər İşçi Qrupları ilə sıx əlaqə və məlumat mübadiləsi formatında həyata keçirməkdədir.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi