Bu gün siz nə gözləyir? - BÜRCLƏR
11-03-2021 [00:02]
Qoç - günün ilk yarısında ehtiyatlı olun. İşdə rəhbərliklə mübahisə etməyin, riskli addımlar atmayın. Nələrsə dəyişir. Yeniliklərin məhvərini anlamağa çalışın. Maraqlarınızı nə qədər aktiv qorusanız, sədlərlə mənaeləri bir o qədər sürətlə dəf edə bilərsiniz.
Günün ikinci yarısında situasiya mürəkkəbləşəcək. Riskli məqamları təxminləməyə cəhd göstərin. Nə qədər gec deyil, qeyri-məhsuldar istiqamətdən çəkinin. Sağlamlığınızın qeydinə qalın. Ümumi maraqları nəzərə alın. Yaxın gələcəklə bağlı planları bir daha təhlil edin.
Buğa - mühüm planlardan birində önəmli dəyişikliklər gözlənilir. Yeni, mürəkkəb işə başlamayın. İşgüzar tərəfdaşlarla təmaslar xüsusi diqqət tələb edir.
Anlaşmalar və sövdələşmələr üçün münasib zaman deyil. Enerjinizi yaxın ətrafınızdakı insanlarla kooperasiyaya həsr edə bilərsiniz.
Mühüm saydığınız proseslərdən birində günün ikinci yarısında dönüş olacaq. Tərəfdaşın istəklərini nəzərə alın. Münasibətlərinizi aydınlaşdırmağın zamanıdır.
Təmir, yenilənmə, islahatlar zamanıdır. Səhhətinizin qeydinə qalın. Fiziki işdə xeyir var. Özünüzü soyuğa verməyin.
Əkizlər - günün ilk yarısında maraqlı xəbərlər eşidəcəksiniz. Xərclər artacaq. Yenliklərə çox aludə olmayın.
Güclü emosiyaların təsiri altında qərarlarınızı dəyişməyin. Məşğul olduğunuz işi yarımçıq qoymayın. Laqeyd və soyuqqanlı insan təsiri bağışlamayın. Yaxın ətrafınızdakı insanlara qarşı çox iradlar irəli sürməyin. Ümumi fəaliyyətin konturlarını tənzimləyin. Təcili həllini tələb edən məsələləri unutmayın.
Günün ikinci yarısında eksperimentlərə aludə olmayın. Alış-verişdə çox pul xərcləməyin. Borc almayın, kredit götürməyin.
Axşam saatlarını dəyər verdiyiniz insanlara həsr edin.
Xərçəng - qayğılarınız, görüləsi işləriniz artacaq. Problemlərin sayı sürətlə çoxalacaq. Birlikdə çalışdığınız insanların maraqlarını nəzərə alın, onların da mövqelərini düşünün. Tələb olmadan məsləhət verməyin.
Günün ikinci yarısı valideynlərlə mübahisə ola bilər. Fəqət çətinlik münasibətlərin bərpasına şərait yaradacaq.
Həddən artıq aktivlik başağrısı vəd edə bilər.
Fəaliyyət göstərdiyiniz sahənin nizamlanmaya ehtiyacı var. Mənasız əlaqələrdən, gərəksiz ünsiyyətdən qurtulun. Axşam saatlarında xoş sürprizlər ola bilər.
Şir - günün ilk yarısında tərəfdaşlarla münasibətlərdə çətinliklər yaranacaq. Mövqeyinizi absolyut həqiqət saymayın. Qarşı tərəfin dediklərinə diqqətlə qulaq asın. Maraqlandığınız işin mübhəm təfərrüatları ilə tanış ola bilərsiniz.
Günün ikinci yarısında fəaliyyətinizin daha optimal istiqamətini seçin. Seçim bolluğu və prioritetləri müəyyənləşdirməkdə çətinliklər gərginlik yaradacaq. Hadisələr və situasiya səbr kasanızda son damla ola bilər.
Tərəddüd etməyin, qətiyyətli hərəkət edin.
Əvvəlki mövqelərə qayıtmaq imkanlarını qoruyun, körpüləri yandırmayın.
Axşam saatlarında stressdən qurtulmağa çalışın.
Qız - yeni işlərlə tələskənliyə yol verməyin. Proseslərin sürəti azalacaq. Xərclərinizə fikir verin, bədxərclik etməyin. İlk növbədə, görəcəyiniz işlərlə bağlı qəfil xəbər alacaqsınız.
Aldığınız təklif nə qədər cazibədar təsir bağışlasa da, şirniklənməyin.
Günün ikinci yarısında önəmli səfəri, danışığı, anlaşmanı təxirə salmayın. Yaxın perspektivlərlə bağlı planları dəqiqləşdirin. Situasiya çətinləşərsə, qarşılıqlı münasibətlərin yeni sxemlərini düşünün. Dəyər verdiyiniz insan qarşısındakı vəd və öhdəliklərinizi unutmayın.
Axşam saatlarında stressdən qurtulun.
Tərəzi - məqsədə doğru birbaşa hərəkət əvəzinə çevik, bir qədər də hiyləgər fəaliyyətə üstünlük verin. Manevrlərin gözlənilməz nəticəsi olacaq. Sizi razı salan münasibətlərlə risk etməyin.
Yaşamınızın müəyyən sahəsini nizamlamaq üçün yaranmış imkanlardan faydalanın.
Artıq yükdən, sizə normal yaşamağa və çalışmağa mane olan nəsnələrdən qurtulun.
Günün ikinci yarısında mənfi emosiyaların sayı artacaq. Səbrsiz, dözümsüz olmayın. Rəqabət güclənəcək. Sözlərinizlə işləriniz tərs düşməsin.
Axşam saatları maliyyə, daşınmaz əmlak, vərəsəlik məsələlərinin həlli üçün münasibdir.
Əqrəb - yaranmış situasiya problemlərin həlli ilə bağlı müxtəlif variantlar təklif edir. Qəfil xəbərlərə fikir verin. Hansısa məsələ ilə bağlı mövqeyinizi kökündən dəyişəcəyiniz istisna deyil. Daha faydalı, cari işlərlə məşğul olun.
Günün ikinci yarısında qarşınıza konkret məqsəd qoyubsunuzsa, plana uyğun hərəkət edin. Əzmli, qətiyyətli, iradəli olun. Dürüst istiqamətdə irəlilədiyinizi təsdiqləyin. Peşəkar olun, emosiyalarınıza əsir düşməyin.
Fəaliyyət müstəvisinə başqaların müdaxiləsinə imkan verməyin. Axşam saatlarında travma və infeksiyalardan qorunun.
Oxatan - hadisələrin axarından kənar qalmağa can atmayın. Qəfil tanışlıq ola bilər. Yeni müttəfiq və ya tərəfdaş qazanmaq şansını əldən verməyin. Xidmət, faydalı məlumat mübadiləsi olmalıdır.
Günün ikinci yarısında gözləntilərinizdə absolyut həddə çatmayın. İşlədiyiniz insanı ideallaşdırmayın, ona xas olmayan məziyyətləri gördüyünüzü düşünməyin.
Axşam saatlarında bir qədər tək qalın. Yeni xəbər sizi düşündürəcək.
Oğlaq - kommersiya məsələləri və kollektiv tədbirlərdə mövqelərinizi müdafiə edin. Gəlir əldə etmək üçün istənilən imkanlan istifadə edin. Perspektivə hesablanmış yeni fəaliyyət variantlarını hesablamaq olar. Təşəbbüskar olun. Toplantılara və diskussiyalara qatılın.
Günün ikinci yarısında daxili prosesə konstruktiv məcra verin. Hadisələrin arzuolunan istiqamətini seçməyə çalışmayın. İrəliləyiş üçün güzəştlərə hazır olmalısınız.
Problemləri vaxtında həll edin.
Dolça - aldığınız informasiyaları təhlil edin. Həmkarlar və tanışlarla danışıqlarda, müzakirələrdə diqqətli davranın. Bir müddət əvvəl təxirə saldığınız işləri unutmayın. İntuitiv olaraq yeni istiqamət seçə bilərsiniz.
Bir işi yarımçıq qoyaraq başqasına başlamayın.
Günün ikinci yarısında dəqiq, obyektiv olun. Daxili gərginlik səhhətinizə təsir edə bilər. Xroniki proseslər və travmatizmə yol verməmək üçün diqqətlə davranın.
Şəxsi münasibətlərdə qarşı tərəfin fikirlərini qulaqardına vurmayın.
Axşam saatlarında normal istirahət edin.
Balıqlar - gərgin, çətin gündür. Yaradıcılıq istəyi, emosiyalar bol olacaq. Uğursuzluqlarla yanaşı, uğurlar da istisna deyil. Əhvalınız yaxşı olsun. Dürüst istiqaməti seçin. Ətrafınızdakı olaylardan baş çıxarın. Az sonra yaşanacaq hadisələrlə bağlı aldığınız ilkin məlumatlardan yararlanın.
Günün ikinci yarısında heç nədə ifrata varmayın. Qətiyyətli və iradəli olun. Məlumat axtarışı, informasiya arayışı, qeyri-standart həllər tələb edən işlə məşğul olmaq zərurəti yaranacaq. Səfərlərlə qəfil hadisələr istisna deyil. Ünsiyyətdə səmimi olun. Maraqlandığınız olayın təfərrüatlarını öyrənin.
Milli.Az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi