Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin deputatları ilə görüşdü: nələr müzakirə olunub?
10-03-2021 [23:08]
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, görüş zamanı Ceyhun Bayramov qardaş Türkiyənin nümayəndə heyətini səmimiyyətlə salamlayaraq, Azərbaycan və Türkiyə arasında mövcud yüksək səviyyəli əməkdaşlıq və tərəfdaşlıq münasibətlərin son zamanlar intensiv şəkildə inkişafından məmnunluqla bəhs etdi.
Türkiyənin hər zaman Azərbaycanın haqq mövqeyinə dəstək olduğunu vurğulayan nazir 44 günlük Vətən müharibəsi dövründə bu dəstəyin bütün səviyyələrdə, o cümlədən, ali səviyyədə, Böyük Millət Məclisi, Müdafiə və Xarici İşlər Nazirlikləri daxil olmaqla bütün dövlət qurumları və nəhayət qardaş Türkiyə xalqı səviyyəsində açıq nümayiş edildiyini söylədi.
C.Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, o cümlədən bölgədə münaqişə sonrası formalaşan yeni təhlükəsizlik vəziyyəti, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin timsalında qardaş ölkənin bu təhlükəsizlik formatının bir hissəsi olması, post münaqişə bərpa və quruculuq prosesi, bölgənin üzləşdiyi ən ciddi təhdidlərdən olan mina təhlükəsi, habelə Türkiyənin azad olunmuş ərazilərimizin minadan təmizlənməsi və quruculuğu prosesində iştirakı kimi məsələlər barədə məlumat verdi.
Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıç ölkəmizin ərazilərinin Ermənistanın işğalından azad edilməsinin bütün Türkiyə xalqını həyəcanlandırdığını qeyd edərək qələbə xəbərinin yüksək sevinclə qarşılandığını qeyd edib və ölkənin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərə Allahdan rəhmət diləyib. Türkiyənin hər zaman və hər şərtlərdə Azərbaycanın yanında olduğunu, siyasi və mənəvi dəstəyini Azərbaycandan əsirgəmədiyini bildirən A.Kılıç Böyük Millət Məclisinin də bu dövrdə öz iradəsini açıq şəkildə ortaya qoyduğunu vurğulayıb. O, imzalanmış üçtərəfli bəyanatların bölgədə yeni imkanlar açdığını qeyd edərək, Azərbaycanın sülh və tərəqqi tərəfdarı olduğu halda, bu fikirlərə qarşı kimin çıxış etdiyinin göz qarşısında olduğunu söyləyib.
Səfər çərçivəsində Azərbaycan dövlət başçısı tərəfindən qəbul olunduqlarını, Milli Məclisdə görüşlərin keçirildiyini razılıqla qeyd edən qarşı tərəf, səfərin uğurla həyata keçirildiyini bildirib.
Tərəflər iki ölkə arasında bütün istiqamətlər üzrə mövcud əməkdaşlığın bundan sonra daha da inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi