Vüqar Rəhimzadə: "Təəssüf ki, erməni sevgisi Rusiya sülhməramlılarına missiyalarının mahiyyətini unutdurub"
10-03-2021 [18:20]
“Dağlıq Qarabağ münaqişəsi arxada qalıb. Artıq bu səhifə bağlanaraq qarşıdakı dövrün prioritetləri müəyyənləşdirilir. Bugünümüzün əsas məsələsi Azərbaycanın möhtəşəm hərbi və siyasi Qələbəsini və Ermənistanın biabırçı kapitulyasiyasını təsdiq edən 10 noyabr üçtərəfli razılaşmasının əsas şərtlərindən olan Rusiya sülhməramlılarının öz missiyasını necə yerinə yetirməsidir. Reallıqda onların əsas missiyası bölgədə sülhün, təhlükəsizliyin təmin olunmasına dəstək verməklə üzərinə düşən vəzifəni yerinə yetirməkdir. Möhtərəm Prezidentimiz İlham Əliyev Xocalı faciəsinin 29-cu ildönümü günündə yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Rusiya sülhməramlıların fəaliyyəti ilə bağlı Azərbaycan ictimaiyyətində haqlı narahatlıq doğuran məqamlara diqqəti yönəldərək bəzi mesajlarını çatdırmışdır".
Mia.az xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, sözügedən sülhməramlı kontingent fəaliyyətə başladığı gündən Ermənistana dəstəyini açıq-aşkar ortaya qoyaraq tərəfsizlik prinsipini kobud şəkildə pozmaqla Rusiyanın 44 günlük İkinci Qarabağ müharibəsi, həmçinin postmüharibə dövründə sülh razılaşmasının əldə olunması istiqamətində göstərdiyi səylərin üzərinə kölgə salmaqla məşğuldur: «Rusiyalı sülhməramlılar dərk etməlidirlər ki, onlar bölgədə erməni sevgilərini ortaya qoymaq məqsədilə ssenarilər cızmaq, qeyri-adekvat hərəkətləri ilə Azərbaycan xalqının səbrini daşdırmaq üçün yerləşdirilməyiblər. Bu, artıq beynəlxalq səviyyədə qəbul olunmuş qaydadır ki, sülhməramlılar tərəfsiz olmalıdırlar. Məsələyə bu kontekstdən yanaşsaq açıq-aşkar görərik ki, Rusiya sülhməramlılarının fəaliyyət istiqamətləri 10 noyabrda imzalanmış üçtərəfli Bəyanatla təsbit olunub. İrəvandan
Xankəndiyə erməni daşımaq, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni qadınlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə gül-çiçək dəstəsi ilə təbrik etmək sülhməramlıların vəzifəsi deyil. Rusiya sülhməramlıları bu mühüm məqamı da unutmamalıdırlar ki, onların bir vəzifələri də bölgəni silahsızlaşdırmaq, tərəflər arasında atəşkəs rejiminə riayət olunmasına nəzarət etmək, dinc vətəndaşların, xüsusilə Qarabağa Böyük Qayıdışa hazırlaşan azərbaycanlıların təhlükəsizliyini qorumaqdır. Amma görünən odur ki, onların atdıqları bəzi addımlar missiyalarına uyğun deyil. 10 noyabr razılaşmasının tələblərinin Rusiya sülhməramlıları tərəfindən gizli, yaxud açıq şəkildə pozulması rəsmi Moskvanı düşündürməli, vəzifəsi bölgədə dayanıqlı sülhü və təhlükəsizliyi bərpa etmək olan sülhyaratma qüvvələrinin fəaliyyətində bitərəfliyə nail olmaq üçün ciddi addımlar atılmalıdır.»
Baş redaktor bildirib ki, postmüharibə dövrünün reallıqlarından bəhs edərkən cənab İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi dövründə xarici mətbuata verdiyi çoxsaylı müsahibələrində, eyni zamanda, bu günlərdə yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında gələcəkdə Dağlıq Qarabağın ərazisində azərbaycanlıların və ermənilərin sülh şəraitində yaşamasının təmin edilməsinin vacibliyinə toxunub. Azərbaycan lideri aydın şəkildə xalqların sülh şəraitində yaşamasını təmin edəcək belə bir konstruktiv model təklifini ortaya qoyduğu halda Rusiya sülhməramlılarının birtərəfli mövqe nümayiş etdirməsi sual doğurmaya bilməz. Missiya unutmamalıdır ki, bu torpaqların sahibi Rusiya və Ermənistan deyil, Azərbaycandır.
V.Rəhimzadə qeyd edib ki, bizim qeyd etdiyimiz məqamlar, necə deyərlər, aysberqin yalnız görünən tərəfləridir: «Yaxşı olar ki, Rusiya sülhməramlıları 10 noyabr razılaşmasının şərtlərinə uyğun olaraq soydaşlarımızın işğaldan azad edilmiş ərazilərimizə qaytarılması prosesini həyata keçirməyə dəstək olmaq üçün bölgədə təhlükəsizliyin təminatında mühüm rol oynayacaq minalardan təmizlənmə işinin sürətləndirilməsi üçün Ermənistandan minalanmış sahələrin xəritələrini
almağa yardımçı olsunlar: «O zaman missiyalarının adında özünü ehtiva edən mənanın yükünü dərk edər, ən əsası 30 ilə yaxın müddətdə erməni sevgilərinin sonda hansı nəticəyə gətirib çıxardığını bir anlıq da olsa düşünərlər. Bu gün Qarabağ bölgəsində hələ də erməni yaraqlılarının qalmasına sülhməramlıların seyrçi mövqedən yanaşması haqlı olaraq Azərbaycan vətəndaşlarının narazılığına səbəb olur. Hesab edirəm ki, 10 noyabr razılaşmasında tərəf kimi Rusiya həm Dağlıq Qarabağda sülhməramlı missiyanın həyata keçirilməsində, həm də regiondakı fəaliyyətində bu torpaqların əzəli sahibi olan Azərbaycan dövlətinin və xalqının maraqlarını öndə saxlamalıdır. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. 44 günlük İkinci Qarabağ müharibəsi Ermənistana və ona havadarlıq edən dövlətlərə bu faktı bir daha əyani şəkildə çatdırdı. Tarixi Qələbəmizdən sonra Prezident İlham Əliyevin bütün çıxışlarında Ermənistanın hər hansı revanşist addımına veriləcək adekvat cavabı xatırlatması da səbəbsiz deyil. Bu, işğalçı dövlətə və ona hələ də yardım göstərmək istəyənlərə ciddi mesajdır.»
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi