Sumqayıt yaxınlığındakı dəhşətlı qəza: 5 ölü (Yenilənib-Fotolar)

img

24-12-2013 [16:32]


Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı-Quba yolunda baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı-Quba yolunun 22-ci kilometrliyində "Mercedes-Benz” markalı yük avtomobili idarəetməni itirərək yolayrıcı metal çəpərə çırpılıb və daha sonra "Nissan” markalı minik avtomobilinin üzərinə aşıb. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Nissan” markalı minik avtomobili ağır deformasiyaya uğrayıb. Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan, şəxsiyyətləri məlum olmayan 5 nəfər hadisə yerində dünyasını dəyişib. Xilasedicilər vətəndaşların cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

* * * *

Bu gün Sumqayıt şəhəri yaxınlığında baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar aydın olub. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, qəza zamanı "Mercedes” markalı minik avtomobili ilə betonqarışdıran yük maşını toqquşub. Nəticədə sürücünün idarəetməsindən çıxan yük maşını yolun ortasındakı metal çəpərləri dağıdaraq əks istiqamətə keçib və "Nissan Tiida”ya çırpılıb. Yük maşını "Nissan Tiida”nın üstünə aşıb. Avtomobildə olan 5 nəfər elə hadisə yerindəcə keçinib.
Ölən şəxslər yük maşının ağırlığı altında tanınmaz hala düşdüyündən onların şəxsiyyətini müəyyən etmək hələlik mümkün olmayıb. Hadisə yerində hüquq-mühafizə orqanları əməkdaşları gəlib.

***

13.25

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, "Azərkörpü” Tikinti Şirkətinə məxsus 90-AG-518 dövlət nömrə nişanlı, "KamAZ” markalı beton qarışdıran maşın 10-LM-061 dövlət nömrə nişanlı taksi fəaliyyəti ilə məşğul "Nissan” və "Mercedes” markalı avtomobillərin üstünə aşıb. İlkin məlumata görə, qəza nəticəsində 5 nəfər ölüb.

***

13.08

Bu gün Bakı-Quba yolunun Sumqayıt şəhəri yaxınlığından keçən hissəsində dəhşətli qəza olub. Hadisə yerində olan şəxslərin Lent.az-a verilən məlumata görə, Saray postu yaxınlığında "Nissan Tiida” markalı minik avtomobili beton qarışdıran yük maşınına çırpılıb. Nəticədə minik avtomobilində olan 5 nəfər hadisə yerindəcə keçinib.
Hadisə yerində araşdırmalar aparılır, qəzanın səbəbləri araşdırılır. Həlak olanların sayının bu qədər çox olmasının səbəbi hələlik açıqlanmayıb.














Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA