Şirvanda evə basqın edərək qadını öldürən 2 qardaş həbs edildi - Təfərrüat
09-03-2021 [16:09]
Şirvanda evə basqın edərək qadını öldürən 2 qardaş həbs edilib.
Şirvan şəhər Prokurorluğundan verilən məlumata görə, 5 fevral 2021-ci il tarixdə saat 13.00 radələrində Şirvan şəhər polis şöbəsindən şəhər prokurorluğuna Şirvan şəhəri, Naxçıvan küçəsi, ev 157 ünvanında yaşayan 1969-cu il təvəllüdlü Dadaşova Durna Həsən qızının əllərinin, ayaqlarının və ağız nahiyəsinin yapışqan lentlə (skoç) bağlı vəziyyətdə meyitinin aşkar edilməsi barədə məlumat daxil olub.
Daxil olan məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibbi ekspertiza təyin edilib və digər zəruri təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.
Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusilə ağır cinayəti törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, 1988-ci il təvəllüdlü Əhədov Elçin Ötərxan oğlu 25 fevral 2021-ci il tarixdə, qardaşı, 1985-ci il təvəllüdlü Əhədov Arif Ötərxan oğlu isə bir gün sonra tutularaq istintaqa cəlb edilib.
Həmçinin, aparılan istintaqla həmin cinayətin törədilməsinə hazırlıqda iştirak etməsinə və sonradan xüsusilə ağır cinayəti bilib bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməməsinə əsaslı şübhələr müəyyən edildiyindən Şirvan sakini, 1993-cü il təvəllüdlü Seyfullayev Surxay Elman oğlu da tutularaq istintaqa cəlb olunub.
Əhədov Elçinin yaşadığı ünvana axtarış-istintaq hərəkəti həyata keçirilərkən evdən yapışqanlı lent (skoç), Durna Dadaşovanın mənzilində olan müşahidə kamerasının yaddaş aparatı (DVR) və digər əşyalar maddi sübut əhəmiyyəti kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülüb.
Elçin Əhədov, qardaşı Arif Əhədov və Surxay Seyfullayev fakt üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi