Şam ağacı

img

24-12-2013 [09:33]


Gözlərini aça bilmirdi. Elə bil dünya öz ağırlığıyla köçmüşdü onun üstünə. Ya da yox, sübh tezdən səhəri həyat suyu sayaraq içdiyi şərabın təsirindən açılmırdı gözləri. 

Qırıq-qırıq səslər eşdirdi ətrafında... uşaqlar.. təbrik.. bayram.. nə olub bitdiyini, sevinc gülüş səslərini tam anlamsa da, söykəndiyi kiçik şam ağacının soyuq gövdəsini hiss edirdi.. Bir anlıq düşündü... Hardayam? Nə baş veriri? Hətta kim olduğunu belə düşünməli oldu. Çünki həyatını puç edən o zəhrimar adını da unutdurmuşdu ona... Əlləriylə ağaca sarınıb qalxmaq istədi. Amma gücü çatmadı. Söykəndiyi ağacın şam ağacı olduğunu dərk etdi. Eh, şam agacı-yadındadır? Qızımla sənə bəzək vurardıq. Rəngəbərəng işıqlar düzüb, ətrafında mahnı oxuyardıq, budaqların altına cürbəcür hədiyyələr qoyardıq... Yadındadır?... Şam ağacı da, onun susmuş vicdanı kimi susurdu cavab vermirdi… Qaytar o günləri şam ağacı, qaytar... Şam ağacı dinmir, susub ona baxırdı... Qaranlıqda sayrışan işıqlar, səs-küy, şənlik havası onun sərxoş fikirlərini dağıtmış, keçmişinə, xoşbəxt həyatına aparmısdı... O şam ağacına sıgınaraq yeni ili qarşılayaırdı... Çünki bütün taleyini dəyişdirən o Zəhrimar-ona bu həyatı qazandırmışdı!

Aytən Səfərova

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA