Milli Azərbaycan Tarixi Muzeyinin yeni rəsmi internet səhifəsinin təqdimatı oldu
09-03-2021 [15:59]
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin saytının strukturu təkmilləşdirilib, yeni funksional bölmələr əlavə edilib və beynəlxalq təcrübədən istifadə edilərək intuitiv dizayn yaradılıb.
Muzeydən Mia.az-a verilən məlumata görə, yeni veb-səhifənin istifadəsi zamanı görmə məhdudiyyətli ziyarətçilər də nəzərə alınmışdır. Belə ki, saytda tətbiq olunmuş yeni funksionallıq vasitəsilə xüsusi ziyarətçilər mətnin oxunaqlığını nəzərə alaraq səhifənin ölçü və rəng parametrlərini dəyişə bilərlər.
Muzeydə keçirilməsi planlaşdırılan sərgilər, tədbirlər və mühazirələr haqqında elanlar “Təqvim” bölməsində öz əksini tapacaq. Saytın əsas səhifəsi “Ziyarətini planlaşdır” bölməsi ilə başlayır. Burada muzeyin iş saatları, ekspozisiyaya giriş bileti, xidmətlərin qiyməti və ziyarət qaydaları yer alır. Hər gün yenilənən “Muzeyin kolleksiyasından” bölməsində Muzeyin inciləri və onlar haqqında ətraflı məlumat verilir.
“Xəbərlər” bölməsində Muzeyin fəaliyyətində baş verən yeniliklər, tarixçi alimlərin çap olunmuş elmi əsərləri, həmçinin muzey əməkdaşlarının iştirak etdikləri beynəlxalq tədbirlər, beynəlxalq konfranslar və digər maraqlı məlumatlarla tanış olmaq mümkündür.
Muzeydə fəaliyyət göstərən klublar, cari və planlaşdıran layihələr, onlayn mühazirələr “Bizimlə öyrən” bölməsində yer alır.
Saytın “Haqqımızda” bölməsində ziyarətçilər Muzeyin direktoru, akademik Nailə Vəlixanlının müraciəti, Muzeyin tarixi və Muzeyin strukturu ilə tanış ola bilərlər.
Təqdimat zamanı Muzeyin direktoru, akademik Nailə Vəlixanlı təqdim olunan yeni veb-saytı yüksək dəyərləndirdiyini qeyd edib. Həmçinin vurğulayıb ki, saytın sadə, eyni zamanda zövqlə hazırlanmış dizaynı, istifadəçilərə təqdim olunan məlumatların daha rahat əldə olunması üçün geniş imkanlar yaradır.
Onu da qeyd edə ki, Muzeyin rəsmi internet səhifəsi ilk dəfə 2010-cu ildə ziyarətçilərə təqdim olunmuşdur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi