"Dövlət Reyestri Xidməti problemlər yaradır” - Deputatdan ittiham
09-03-2021 [13:01]
“Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndində göstərilib ki, torpaq üzərində hüquqlar - müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Bu maddədə istisna halı göstərilsə də, vətəndaş 11 ay müddətinə torpağı icarəyə götürmək istədikdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən problemlər yaradılır”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı deputat Jalə Əhmədova deyib.
Deputat bildirib ki, Salyan rayonunda 2017-ci ildə Prezident İlham Əliyevin göstərişi ilə 3 hektar ərazidə inşa edilmiş Pambıq Tədarükü Məntəqəsinə bu günə kimi çıxarış verilməyib: “Baxmayaraq ki, çıxarış üçün dövlət rüsumu belə ödənilib. Digər məsələ, vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların, habelə onlar üzərində istifadə və icarə hüquqlarının bilavasitə satılması zamanı, satan şəxsin borc öhdəliyinin araşdırılmadan rəsmiləşdirilməsidir ki, bu da təbii, bələdiyyələr üçün problem yaradır. Hesab edirəm ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmamışdan öncə notariat hərəkətlərini aparan orqan tərəfindən satanın borc öhdəliyi mütləq qaydada araşdırılsın və daha sonra alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edilsin. Bilirik ki, bələdiyyə maliyyəsinin iqtisadi əsaslarını bələdiyyə əmlakı, bələdiyyə torpaqları, yerli büdcə və büdcədənkənar fondlar, bələdiyyənin istehsal, xidmət və digər iqtisadi fəaliyyəti təşkil edir. Kənd bələdiyyələrinin büdcəsini əsasən torpaq və əmlak vergisi təşkil etdiyini nəzərə alsaq 1 hektar torpaq sahəsi üçün ödənilən 4.50 AZN torpaq vergisinin cüzi bir məbləğ olduğunu görərik”
J.Əhmədova hesab edir ki, Azərbaycanda Türkiyə Bələdiyyələrinin təcrübəsindən yararlanmaq və Türkiyə modelini tətbiq etmək, həmçinin Azərbaycan telekanallarında bələdiyyələrin fəaliyyətini əhatə edən verilişlər hazırlamağın vaxtı çatıb/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi