Paşinyanla ABŞ Dövlət katibi arasında danışıq: "Blinken bununla demək istəyib ki..." - "Paşinyanın bu zəngi Kremlin xoşuna gəlməyəcək"
07-03-2021 [17:17]
"Ermənistanın baş naziri Nikol Paşinyanla ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub. Xəbərlərdə Paşinyanın Blinkenə zəng etdiyi bildirlib, yəni danışıq təşəbbüsü İrəvandan gəlib. Demək işin içində ABŞ-ın Ermənistandakı səfirliyi var. Paşinyanın öz təşəbbüsü ilə dövlət katibinə zəng etməsi üçün ABŞ-ın Ermənistandakı səfiri ilə məsləhətləşmələri olub. Bugünlərdə Paşiyanın ABŞ səfiri ilə görüşü barədə məlumat yayılmadığına görə, böyük ehtimalla məsləhətləşmələr Ermənistanın baş nazirinin müşaviri səviyyəsində həyata keçirilib. Kobud desək, xahiş belə olub ki, “dövlət katibi baş nazirimizlə telefonla danışmağa hazırdırmı?” Vaşinqtondan razılıq gələndən sonra telefon danışığı baş tutub".
Mia.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, Nikol Paşinyanın ABŞ-ın yeni dövlət katibi ilə danışığında önə çəkmək istədiyi məsələləri belə izah edib:
"Birincisi, Nikol Paşinyan Entoni Blinkeni dövlət katibi vəsifəsinə təyin olunması münasibətilə təbrik edib. Paşinyan bundan sonra keçib əsas mətləbə, daha doğrusu yalvarışa. Paşinyan hər zaman olduğu kimi danışdığı tərəflə “əsirlərə” görə Azərbaycandan şikayət edib, Vaşinqtondan dəstək istəyib. Böyük ehtimalla Blinken bu məsələyə reaksiya verməyib, əks halda erməni saytları yazardılar ki, “dövlət katibi əsirlərin qısa zamanda təhvil verilməsini istəyib”.
İkincisi, Nikol Paşinyan növbəti yaltaq cümlə işlədərək ABŞ-ın ATƏT-in Minsk Qrupundakı rolunu yüksək qiymətləndirib. Halbuki, vasitəçilərin turist səfərlərini nəzərə almasaq ABŞ-ın Minsk Qrupunda elə bir fəallığı yoxdur. Buna baxmayaraq, Entoni Blinken Ermənistan-Azərbaycan münaqişəsinin həllində rolunu davam etdirməyə hazır olduğunu bildirib. Blinken bununla demək istəyib ki, Vaşinqton Rusiyanın Dağlıq Qarabağ məsələsində təkbaşına fəallığından narahatdır və Amerika da oyundadır.
Üçüncüsü, Entoni Blinken ABŞ-ın demokratiya sahəsində Ermənistana islahatlar aparmaqda və korrupsiya ilə mübarizədə kömək edəcəyini deyib. Bununla Blinken faktiki demək istəyib ki, Ermənistanda çevrilişə qarşıdırlar, qanuni hökuməti dəstəkləyirlər və korrupsiyaya bulaşmış, o cümlədən Rusiyaya bağlı qüvvələrin hakimiyyətə gəlişinin əleyhinədirlər. Dövlət Departamentinin Ermənistana 150 min dollar ayrımasını açıqlaması da bundan xəbər verir. Əlbəttə, Amerika üçün 150 min dolar gülməli rəqəmdir. Ancaq Vaşinqton elə bu məbləğlə demək istəyir ki, Paşinyanı dəstəkləyirlər".
Elxan Şahinoğlu Paşinyanın Blikenə zənginin Kremlin xoşuna gəlməyəcəyini bildirib: "Nikol Paşinyanın Blinkenə zəngi və Vaşinqtondan dəstək istəməsi Kremlin xoşuna gəlməyəcək. Bunu Paşinyan da anlayır. Ancaq Nikol Paşinyan hakimiyyətini xilas etmək üçün saman çöpündən yapışmağa da hazırdır, sadəcə Vaşinqtonun Cənubi Qafqazda rolu və mövqeyi xeyli azalıb. Balansı qorumaq naminə Vaşinqtondan Bakıya da zəng ediləcəyi ehtimalı yüksəkdir".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi