PA-nın şöbə müdiri bu partiyaların qadın fəalları ilə müzakirə aparıb - Siyahı
06-03-2021 [15:08]
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə martın 6-da “Siyasi dialoqda qadınların rolu” mövzusunda videokonfrans formatında tədbir keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə 31 siyasi partiyanı (Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Demokratik İslahatlar Partiyası, Ana Vətən Partiyası, Milli Cəbhə Partiyası, Azərbaycan Ümid Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, AĞ Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Vəhdət Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Gələcək Azərbaycan Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Müasir Müsavat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Kommunist Partiyası, Aydınlar Partiyası, Müstəqil Xalq Partiyası, Milli Həmrəylik Partiyası, Yeni Zaman Partiyası, Ədalət Partiyası, Birlik Partiyası, Azərbaycan Təkamül Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Cümhuriyyət Xalq Partiyası, Müsavat Partiyası, Azərbaycan Xalq Partiyası) təmsil edən 50-dən çox qadın iştirak edib.
Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev görüşdə iştirak edən qadınları Prezident İlham Əliyevin adından 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib və ölkə rəhbərliyinin siyasi dialoqun təşviqində qadınların daha fəal roluna ümid bəslədiyini bildirib.
Dövlətin, həmçinin ictimai təfəkkürün inkişafında qadınların rolu kontekstində tarixə ekskurs edən şöbə müdiri tarixi ənənələrin parlaq davamçısı olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dünya siyasi arenasında öz sözünü deyən müasir dünyamızın ən nüfuzlu qadınları sırasında öncül yer tutduğunu vurğulayıb, onun müstəqil Azərbaycanın aparıcı qadın qüvvəsinin siması olmaqla, qadın hərəkatını canlandırdığını, bu istiqamətdə məzmun etibarilə yeni, müasir mərhələ açdığını qeyd edib. Azərbaycanın beynəlxalq təşəbbüsləri və uğurları kontekstində Mehriban xanım Əliyevanın rəhbərliyi və bilavasitə iştirakı ilə həyata keçirilən humanitar xarakterli, habelə multikulturalizm, mədəniyyətlərarası dialoq, tolerantlıq və bu kimi digər inteqrativ məzmunlu qlobal layihələrin dünya ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandığı diqqətə çatdırılıb.
Sonra Administrasiya rəsmisi Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə reallaşdırılan sistemli islahatlar, həmçinin siyasi dialoq mühitinin təşviqi istiqamətində görülmüş işlər haqqında məlumat verib. Siyasi proseslərdə iştirak edən tərəflər arasında sağlam və etibarlı münasibətlərin qorunmasında qadınların əvəzolunmaz rolunun, vətəndaş cəmiyyəti institutlarının daha fəal mövqe tutmalarının vacibliyini qeyd edib.
Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Qadınlar siyasi həmrəylik uğrunda”, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının üzvü Fatma Yıldırım “Qadınların demokratik parlament ənənələrinin inkişafında rolu və siyasi dialoqa töhfələri”, Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri “Müsavat Partiyasının üzvü) Novella Cəfərova “Vətən müharibəsi və insan hüquqları”, Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova “Siyasi proseslərdə qadınların iştirakı”, Hüquq müdafiəçisi İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin rəhbəri (Müsavat Partiyasının üzvü) Səidə Qocamanlı “Qadınların qərar qəbuletmədə rolu”, Vətəndaş Həmrəyliyi Partiyasının üzvü (Azəri-Türk Qadınlar Birliyinin sədri) Tənzilə Rüstəmxanlı “Vətən müharibəsində qəhrəman qadınlar”, Azərbaycan Ümid Partiyası sədrinin müavini Tamilla Qulami “Qadınlar barış və dialoq təbliğatçılarıdırlar”, Azərbaycan Milli İstiqlal Partiyasının fəalı Ceyran Ənsər “Siyasi dialoq mədəniyyətinin inkişafı”, Ana Vətən Partiyası sədrinin müavini Günay Ağamalı “Siyasi dialoqun zərurəti: mövcud vəziyyət və perspektivlər”, Milli Cəbhə Partiyasının fəalı Almaz Məmmədova “Təhsildən kənar qalan qadınlar: mövcud problemlər və çıxış yolları” və iştirakı” və Gələcək Azərbaycan Partiyası Qadınlarla iş üzrə sədrinin müavini Tovuz Soltanova “İctimai sektorda qadınların fəaliyyəti və inkişaf yolu” mövzuları üzrə məruzələrlə çıxış ediblər.
Sonda Administrasiya rəsmisi ölkənin ictimai-siyasi həyatında fəal mövqe tutmuş qadınların bundan sonra da dövlətin inkişafında və cəmiyyətdə yaşanan həmrəylik mühitinin qorunmasında öz bilik və bacarıqlarının əsirgəməyəcəklərində əminliyini bildirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi