23-12-2013 [12:34]
Bunu virtualaz.org saytına açıqlamasında Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyib.
Hüquq müdafiəçisi dedi ki, yanvardan başlayaraq ARDNŞ-in üç idarəsində kütləvi ixtisarlar olacaq, orada çalışan 1100 neftçi işdən çıxarılacaq: "Belə ki, "Neft Daşları”, "Abşeron” və "Sahil” qazma işləri idarələri ləğv olunur. ARDNŞ-dən verilən məlumata görə, bu qurumların idarə statusu əlindən alınacaq. Yəni idarələr sahəyə çevriləcək. Bizim təşkilata o üç idarədə çalışan neftçilərdən müraciət daxil olub. O üç idarədə 1100 neftçi çalışır. Onlara rəhbərlik səviyyəsində deyilib ki, yanvarda işdən çıxırsınız, özünüzə iş axtarın. Bunu bizə müraciət edən neftçilər də dedilər. Belə demək mümkünsə, bu 1100 nəfərə artıq, necə deyərlər, qara kağız, bildiriş verilib”.
M.Qəhrəmanlı qeyd etdi ki, rəhbərlik etdiyi quruma "Abşeron” Qazma İşləri İdarəsinin işçiləri tərəfindən şikayət daxil olub: "Hazırda şikayətlərlə bağlı araşdırma aparılır. Kompleks Qazma İşləri Trestinin rəhbəri İsgəndər Şirəlinin qohumları arasında ləğv olunacaq idarələrdə çalışanlar var. Maraqlıdır, onlar da işdən çıxarılacaqmı?”
Xatırladaq ki, İsgəndər Şirəlinin bacısı oğlu Fariz Ağalı "Sahil” Qazma İdarəsinin istehsalat üzrə rəis müavinidir. Bu qurum "Bulla-dəniz” platformasında yanğın baş vermiş 90 saylı quyuya nəzarət edib. 1979-cu il təvəllüdlü Fariz Ağalı ödənişli təhsil alıb, əvvəllər qazmada işləməyib. İsgəndər Şirəlinin bacısının yoldaşı da rəhbərlik etdiyi idarədə çalışır.
Səslənən bu iddia ilə bağlı ARDNŞ-in rəsmi mövqeyini öyrəönmək istədik. Şirkətin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevin sualımızı tam dinləmədən verdiyi cavab qısa və çox qəribə oldu: "Mən Mirvari Qəhrəmanlı adlı insanın dediklərinə şərh vermirəm”.
Xatırladaq ki, M.Qəhrəmanlı 20 ilə yaxındır neftçilərin hüquqlarının müdafiəsi ilə məşğuldur. Dəfələrlə olub ki, onun dedikləri ARDNŞ tərəfindən təkzib olunub, amma az sonra növbəti dəlillərlə təsdiqini tapıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi