Etibar Pirverdiyev siyasi hakimiyyətə kələk gəlir, işığın qiyməti qalxır

img

22-12-2013 [20:35]


 

Azərbaycanda neft məhsullarının qiymətinin bahalaşmasından sonra əhalini ən çox narahat edən məsələ digər məhsulların və kommunal xərclərin qiymətinin artırılması ehtimalının günü-gündən gerçəkləşməsi qorxusudur. Ölkədə mövcud olan 1,3 milyona yaxın pensiyaçının böyük əksəriyyətinin 150-200 manat, təxminən yarımmilyona yaxın məmurun 130-220 manat aldığı bir dövrdə ərzaq kommunal xidmətlərin bahalaşması, razılaşaq ki, ölkədə böyük fəsadlara yol aça bilər. Üstəlik, buraya əhalinin digər aztəminatlı təbəqəsini əlavə etsək, acı mənzərənin təsəvvür etmək, bir o qədər çətin deyil.

Lakin bütün bunlara rəğmən, Azərbaycanda yeni ildən etibarən işıq, qaz, su digər kommunal xidmətlərin qiymətinin artma ehtimalını hətta hakimiyyətyönlü ekspertlər etiraf etməyə başlayıblar. Onlar yanacağın qiymətinin bahalaşmasından sonra bunun qaçılmaz olduğunu deyirlər. Belə bir ərəfədə isə «Azərenerji»nin prezidenti Etibar Pirverdiyevin «Elektrik enerjisinin qiymətinin qalxması ilə bağlı tərəfimizdən Tarif Şurasına heç bir təklif verilməyib" deməklə, getdikcə yüksələn həyəcanlı etirazı səngitməyə çalışması isə artan qəzəbi sakitləşdirməyə yönəlsə , bunun bir blef olduğuna şübhə edilmir.

Mia.az-ı məlumatlandıran iqtidaryönlü ekspertlərdən birinin sözlərinə görə, Azərbaycanda yanacağın qiymətinin artmasından sonra, kommunal xidmətlərin dəyərinin qaldırılmasının qaçılmaz xarakter alıb: «Hökumətin illərdir apardığı qiymət siyasəti təcrübəsinə əsaslanaraq, bunu əminliklə söyləmək olar. Deyim ki, hakimiyyət indiki halda bunun qarşısını həmin sahələrə dotasiyalar ayırmaqla, müəyyən müddət üçün kəsə bilər. Amma bunun bir keçici olacağı da sirr deyil. Yəni bu siyasətin uzunömürlü olacağını düşünmürəm. Bunun üçün daha köklü tədbirlər görülməlidir. Bu tədbirlər daha real olsa da, ən azı "Azərenerji”də buna ciddi dirəniş olacağı və digər səbəblərdən tətbiqinə imkan verilməyəcəyini düşünürəm. Odur ki, yanvarda bu qiymət artımı olmasa da, mütləq Novruz bayramı ərəfəsində belə bir məcburi artımı gerçəkləşdirəcəklərini əminliklə söyləyə bilərəm. Çünki 2014-ün büdcəsində 4 milyardlıq kəsirin olduğu bir ərəfədə hökumətin bu sahələri dotasiya ilə uzun müddətli saxlama ehtimalı yoxdur. Onun üçün düşünürəm ki, hökumət işığın, qazın suyun qiymətini artıracaq. Mənim məlumatıma görə, bu barədə ARDNŞ-lə «Azərsu» da hökumətə, yəni Tarif Şurasına öz təkliflərini veriblər. Böyük ehtimalla əhaliyə satılan qazın bir kub-metri 10 qəpikdən 12-15, su 30 qəpikdən 35, kanalzasiya xidməti isə 6 qəpikdən 8 və ya 10 qəpiyə qaldırılacaq. Etibar Pirverdiyevin sözlərinin əksinə olaraq isə elektrik enerjisinin qiyməti isə 6 qəpikdən 10 qəpiyə qaldırılacaq. «Azərenerji» rəhbərliyinin vədinə baxmayaraq, onların belə bir təkliflə hökumətin qarşısında çıxış etdiyi indinin söhbəti deyil».

"Azərenerji” ASC-nin rəhbəri Etibar Pirverdiyevin dekabrın 12- jurnalistlərə açıqlamasında "Baxmayaraq ki, yanacağın qiyməti qalxıb, əhaliyə enerjinin satışı indiki qiymətdə davam edəcək. Qiymətlərin qalxması ehtimalı da yoxdur”, - sözlərinin blef olduğunu israr edən müsahibimiz deyir ki, Pirverdiyev bu ifadəsi ilə əhaliyə, «Azərenerji» enerjinin maya dəyərinin şişirdilməsi ilə isə siyasi hakimiyyətə kələk gəlir: «Yəqin məlumatınız var ki, son 5 il ərzində enerji sektorunun yenilənməsinə ümumilikdən milyardlar ayrılıb. Təsəvvür edin ki, son 5 ildə Azərbaycan energetika layihələrinə (köhnə elektrik stansiyalarının yenidən qurulması, modul və stasionar IES-lərin inşası, elektrik xətlərinin dəyişdirilməsi və s.) 4 milyard manatdan çox vəsait xərclənib. Bundan başqa yeni elektrik stansiyalarının tikilməsi yeni elektrikötürmə xətlərinin çəkilməsi sair məqsədlərlə bir milyarda yaxın vəsait sərf olunub ya hazırda da olunmaqdadır. Amma diqqət etsəniz, görərsiniz ki, bu gün Gürcüstana, İranla əvəzləşmə yolu ilə Naxçıvana enerji ötürməsi ilə öyünən «Azərenerji» rəhbərliyi bunun qarşılığında ölkədə enerji problemini həll edə bilməyiblər. Elə bir neçə gün əvvəl havaların bir qədər soyuması qar yağışından sonra paytaxta ona bitişik Abşeron ərazisi başda olmaqla, ölkənin demək olar bütün regionlarında yaranan problemlər dediklərimi sübut edilə bilər. Zatən Etibar Pirverdiyevin özü bunu inkar etmir. O, dekabrın 12- verdiyi açıqlamada təkzibi mümkün olmayan enerjidəki fasilələrin gələcəkdə təkrarlanma ehtimalını yüksək saydığını etiraf etmək məcburiyyətində qalıb. Amma Pirverdiyev digər məsələlərlə bağlı xalqa, hökumətə hesabat verə bilmir. Bu isə enerji sektoruna bu qədər yatrımların qarşılığında elektrik enerjisi istehsalının tənəzzülü ilə və digər məsələlərlə bağlıdır. Təsəvvür edin ki, ildən ilə böyüyən Azərbaycanda enerji istehsalında da azalmalar baş verir. Üstəlik, bu günə qədər ölkədə elektrik enerjisinin nəqli və paylanması sahəsində 3 miylard kVt/saat-a yaxın enerjinin «itmə» səbəbi izah olunmur. Sadaladığım bu qısa rəqəm faktlar göstərir ki, «qiymətlər qalxmayacaq» deyən Pirverdiyev bununla əhaliyə, enerji sektorundakı milyardların sərfiyyatına rəğmən, dönüşün olmaması ilə siyasi hakimiyyətə kələk gəlir. Bunu başqa faktlar da göstərir»

Müsahib mia.az-a deyib ki, hökumətdən «Azərenerji» ayrılan iri məbləğli vəsaitlərdən əlavə, bir çox beynəlxalq maliyyə təşkilatlarından da Azərbaycanın enerji sektoruna aşağı faizli vəsaitlər ayrılıb: «Təkcə bir neçə il əvvəl Avropa Ittifaqı tərəfindən enerji sektorunda islahatlar proqramına dəstək üçün Azərbaycan hökumətinə 13 milyon avro vəsait ayırılması faktını araşdırsanız, çox maraqlı mətləbləri aşkarlaya bilərsiniz. Bununla yanaşı, «Azərenerji»nin digər beynəlxalq maliyyə təşkilatlarından aşağı faizlə aldığı kreditlərin qrant layihələrinin araşdırılmasına da böyük ehtiyac var».

«Azərenerji»nin elektrik enerjisinin maya dəyərinin süni şəkildə şişirdilməsi haqda danışan müsahibimizin deyir ki, hazırda Azərbaycanda enerjinin qiyməti qonşu ölkələrlə belə müqayisədə çox bahadır: «Çox uzaq ölkələrə yaa Avropanın inkişaf etmiş ölkələri ilə müqayisə aparmayacağam. Elə qonşu Gürcüstanla müqayisəli təhlil aparsaq, görərik ki, bizdə enerjinin topdansatış qiyməti çox bahadır. Belə ki, Azərbaycanda 1 kVtsaat elektrik enerjisinin topdansatiş qiyməti 5,2 sentdirsə, bu rəqəm hazırda da bizdən enerji alan Gürcüstandan 2,1 sentdir. Baxın, aradakı fərq 2,5 dəfə fərqlidir. Buna rəğmən, Azərbaycanda əhaliyə kommersiya qurumlarına satılan elektrik enerjisinin qiymətini qaldırmaq istəyirlər. Bundansa, «Azərenerji» əsaslı yoxlama aparıb, bu süni şişirtmələrin qarşısını almaq daha doğru olmazmı? Nəzərə alaq ki, maya dəyərini aşağı salmaq şəksiz mümkündür. Bunu edərlərsə, Azərbaycanda enerjinin parakəndə satış qiymətini hələ aşağı salmaq da mümkündür. Təəssüf ki, «Azərenerji»dəki korrupsiya şəxsi maraqlar təcrübəli mütəxəssislərin bu yöndəki təklif tələblərinin qulaqardına vurulmasına səbəb olur. Nəticədə isə əhali əziyyət çəkir. Bu əziyyətlərin isə sonda siyasi hakimiyyətin özünü ciddi fakt qarşısında qoyacaq. Şəxsən mən buna şübhə etmirəm».

mia.az

 

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA