ŞƏHİD PULEMYOTÇU BƏXTİYAR MAYILOV... - "O, ağır qəlpə yarası alaraq..."
03-03-2021 [12:33]
Sabirabad rayonunun Surra kəndindən İkinci Qarabağ savaşında iştirak edərək qəhrəmanlıqla şəhid olmüş daha bir cəsur döyüşçümüzün haqqında danışmaq istəyirəm sizə.
Ürəyi Vətənə məhəbbətlə dolu, otuz ilə yaxın düşmən çəkməsi altında inləyən, əzilən doğma torpaqlarımızın, qədim yurd yerlərimizin xiffətini çəkən, işğalı heç cür qəbul etməyən Mayılov Bəxtiyar İxtiyar oğlundan...
Bəxtiyar 13 aprel 1995-ci ildə dünyaya gəlmiş, orta təhsilini də Ş.Babayev adına Surra kənd tam orta məktəbində almışdı. 2013-cü ilin yaz çağırışında həqiqi hərbi xidmətə yollanmış və əsgərliyini 2014-cü ilin oktyabr ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin Piyada Qoşunlarına məxsus Ağdam rayonunun Quzanlı kəndindəki “N” saylı hərbi hissəsində keçirmişdi. Pulemyotçu idi, iri çaplı silahlardan sərrast atəş açmağı öyrənmişdi. Hərbi xidmət müddətini uğurla başa vurub kəndə qayıdan Bəxtiyar əvvəlcə kənd təsərrüfatı və heyvandarlıqla məşğul olur, sonra Bakı şəhərində tikinti sahəsində çalışmağa başlayır. Doğma torpaqlarımızın otuz ilə yaxın yağı tapdağında qalması, son zamanlar isə sərhədyanı ərazilərdə baş verən toqquşmalar, düşmənin dinc əhalini hədəf seçməsi onu da hiddətləndirir, qəzəb hissini coşdururdu. Getdikcə müharibənin labüdlüyünü hiss edir, özünü ruhən müharibəyə hazırlayırdı . Müharibə başlasa döyüşə ilk gedənlərdən olacaqdı...
Bəxtiyar Ali Baş Komnadanın 27 sentyabr 2020-ci il müharibəyə başlamaq haqqında əmrini eşidən kimi kəndə dönərək Hərbi Komissarlıqda qeydiyyatdan keçir və 29 sentyabr günü səhər tezdən cəbhə zonasına yola düşür. Ağcabədidəki hərbi hissədə qısa müddətli təlim keçərərk oktyabr ayının 3-dən Cəbrayıl uğrunda gedən şiddətli döyüşlərə qatılır. Bəxtiyarın sonrakı döyüş yolu Füzuli və Zəngilan rayonlarından keçir, kənd və qəsəbələrin işğaldan azad olunmasında iştirak edərək döyüşlərdə xüsusi cəsarət və igidlik göstərir.
Oktyabr ayının 20-də Qubadlı rayonunun Muradxanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirmək üçün yola çıxan bir qrup hərbi qulluqçu erməni hərbi dəstələri tərəfindən güclü atəşə məruz qalır... Erməni hərbçilərinin əlində olan Muradxanlı yüksəkliyi vacib mövqe idi və komandanlıqdan verilən xüsusi tapşırığa əsasən Bəxtiyar da olmaqla bir dəsətə zabit və əsgər həmin yüksəkliyi düşməndən geri almaq üçün piyada yola davam edir. Səngərin yaxınlığında ermənilərin qurduğu pusquya düşərək qeyri-bərabər döyüşə girməli olan döyüşçülərimiz son gülləyə qədər vuruşaraq düşməni geri oturda və yüksəkliyi ala bilir. Amma bu döyüş Bəxtiyarın son döyüşü olur, o, ağır qəlpə yarası alaraq 22 oktyabr 2020-ci ildə şəhidlik məqamına ucalır.
Azərbaycan dövlətinin apardığı haqlı müharibədə torpaqlarımızın işğaldan azd olunması, ərazi bütövlüüyünün bərpası yolunda şəhid olan Mayilov Bəxtiyar İxtiyar oğlu doğulduğu Surra kəndində dəfn edilmişdir. Cəsur döyüşçü ölümündən sonra “Vətən uğrunda”, Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Atası İxtiyaroğlundan fəxrlə danışır, onun da ətrini indi azadlığa çıxarılan vətən torpaqlaından alan ata, “Vətən sağ olsun”-deyir və oğulları bu vətənin sərhəd dirəkləri adlandırır. 44 günlük müharibə Azərbaycanın pozulmuş sərhədlərinin bərpası ilə başa çatdı, xalqımızın birliyinin təntənəsinə çevrildi və bir də düşmənlərə indiyədək almadığı dərsi verdi...
Şahnaz ŞAHİN
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi