Zakir Həsənov Türkiyəyə gedir - Səbəb

img

21-12-2013 [12:37]



Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov gələn həftə Türkiyəyə rəsmi səfərə gedəcək. Nazir Türkiyənin Milli müdafiə naziri, Baş Qərargah rəisi və dövlət rəhbərliyi ilə görüşlər keçirəcək.

Bu barədə APA-ya öz hərbi mənbələrindən məlumat verilib.

Dekabrın 24-25-də Ankarada səfərdə olacaq Z. Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin Milli müdafiə naziri İsmət Yılmaz, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəl, həmçinin bu ölkənin dövlət rəhbərliyi ilə görüşlər keçirəcək.

Müdafiə naziri səfər çərçivəsində Türkiyə Aviasiya Sənayesi (TAI) və ASELSAN şirkətlərinə də baş çəkəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA