Prezident İlham Əliyevin 4 saatdan çox çəkən mətbuat konfransı Moldova mətbuatında da geniş işıqlandırılıb
03-03-2021 [10:29]
Azərbaycan Prezidenti İlham Əliyevin 26 fevral tarixində yerli və xarici media nümayəndələri üçün 4 saatdan çox müddətdə keçirdiyi mətbuat konfransı bütün dünyada böyük maraqla qarşılanıb.
Mia.az xəbər verir ki, dünyanın bir sıra tanınmış mətbuat orqanlarında bu konfransla bağlı siyasi təhlillər yer alıb.
Prezidentin konfransı ilə bağlı Moldova mətbuatında da yeni analitik məqalə yayımlanıb. "Ильхам Алиев: "Азербайджанцы вернутся на освобожденные земли. Другого пути нет" adlı məqalə point.md, ava.md, tribuna.md, noi.md kimi tanınmış media qurumlarında rus və rumın dillərində dərc edilib.
Həmin məqalənin Azərbaycan dilində tərcüməsini təqdim edirik:
"İlham Əliyev: "Azərbaycanlılar azad edilmiş torpaqlara qayıdacaqlar. Başqa yol yoxdur"
Fevralın 26-da Xocalı soyqırımının 29-cu ildönümü günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçünmətbuat konfransı keçirib. Konfrans zamanı Prezident bildirib ki, Azərbaycan üçünilk və ən vacib mərhələ 30 il əvvəl doğma yurdlarından qovulmuş vətəndaşların- məcburi köçkünlərin azad edilmiş torpaqlara geri qaytarılmasıdır.
"Mən tam əminəm ki, Qarabağın bu gün sülhməramlı missiyasının nəzarətində olan torpaqlara da azərbaycanlılar qayıtmalıdırlar, qayıdacaqlar. Noyabrın 10-da imzalanmış Bəyanatda bu, göstərilir. Bəli, bu, bir qədər zaman və birgə səylər tələbedəcək. Amma bu, qaçılmazdır. O cümlədən biz Xocalıya da qayıdacağıq. Bunun başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır ki, süni əngəllər yaratmaq istəsə ancaq özünə zərbə vurmuş olar", - deyə dövlət başçısı qeyd edib.
Mətbuat konfransında İlham Əliyev, qaçqınların qayıtmasının əsas şərtinin torpaqların minalardan təmizlənməsi olduğunu da bildirib. Dövlət başçısı çıxışındaErmənistan Azərbaycana minalanmış ərazilərin xəritəsini verməməsindən söz açıb.Qeyd edib ki, bu bir cinayət kimi qəbul edilə bilər, çünki minalar səbəbindən dinc azərbaycanlılar ölür.
Prezident bildirib: "Erməni tərəfi minalanmış sahələrin xəritələrini bizə təqdim etməyib. Yeri gəlmişkən, bu da cinayət hesab edilə bilər. Ona görə ki, hərbi əməliyyatlar başa çatandan sonra bizdə həm hərbi qulluqçular, həm də mülki şəxslər arasında bir neçə hadisə olub, bu insanlar yalnız ona görə həlak olub ki, minalanmış sahələrin xəritələri bizə təqdim edilməyib. Bu gün bizdə mövcud olan resurslarla ərazilərin minalardan tezliklə təmizlənməsi mümkün deyil. Yəni, əlbəttə, burada erməni tərəfin qeyri-səmimi davranmasını bir daha yəqin edirik. Onlar sözdə bir cür danışır, əməldə isə başqa cür hərəkət edirlər".
Ölkə başçısı jurnalistlərin suallarını cavablandırarkən vətəndaşların geri qaytarılması üçün digər bir vacib cəhətin azad edilmiş ərazilərin bərpası olduğunu söyləyib. Çünki erməni işğalçıları Qarabağın şəhər və kəndlərini xarabalığa çeviriblər.
"Füzulidə hava limanının inşasına artıq başlanılıb, Zəngilan və Laçında daha çox tikinti aparılması planlaşdırılır. Biz də "Smart Village" pilot layihəsini ilin sonuna qədər həyata keçirmək istəyirik, çünki vətəndaşlarımız yaxşı şəraitdə yaşamağa layiqdirlər. Artıq təkcə Qarabağ sakinləri üçün deyil, ümumiyyətlə Azərbaycan və qonşuları üçün faydalı olan iqtisadi layihələr planlaşdırılır. Türkiyə, İran, Rusiya və bəlkə şansını əldən verməsə, Ermənistan da bu layihələrə daxil ola bilər. Məsələn, Zəngəzur dəhlizi. Hər şey qaydasında olarsa, Avrasiyanın yeni nəqliyyat damarı açıla bilər", - deyə Prezident əlavə edib. Konfrans zamanı jurnalistlər, azərbaycanlıların, ermənilərin etdiklərindən sonra onlarla birlikdə yaşayıb-yaşamayacaqları ilə də maraqlanıblar.
İlham Əliyev cavabında bildirib ki, baxmayaraq ki, biz yaralarımızın hələ sağalmadığını və bunun çox vaxt aparacağını başa düşürük. Lakin bu, tamamilə mümkündür.
"O ki qaldı gələcəkdə ermənilərlə birgə yaşamağımıza, mən bir daha demək istəyirəm ki, müxtəlif ölkələrdə bu baş verir, o cümlədən Azərbaycanda. Bu yaxınlarda mənə verilən məlumata görə, hətta bizim jurnalistlər Azərbaycanda yaşayan keçmiş Ermənistan müdafiə nazirinin bacısını da tapmışdılar. Baxın, Ermənistan müdafiə naziri 90-cı illərdə olub, hansı ki, azərbaycanlılara qarşı soyqırımın törədilməsində iştirak edib, onun doğmaca bacısı Azərbaycanda yaşayır. Ona bir söz deyən var? Yox. Bax, Azərbaycan xalqının əxlaqı budur, mənəvi durumu budur. Biz bundan sonra da buna hazırıq. Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayıblar və Azərbaycanda heç vaxt dini, milli zəmində hər hansı bir qarşıdurma, anlaşılmazlıq olmayıb. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Yəni bütün xalqların nümayəndələri bir bayraq altında bir yumruq kimi birləşdilər.Müharibə yaraları hələ sağalmayıb. Xocalı yaraları heç vaxt sağalmayacaq. Biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq. Həm qurbanların yaxınları, həm də bütün Azərbaycan xalqı. Müharibənin yaralarının sağalması üçün vaxt lazımdır. Bunu bizbaşa düşürük və burada heç kimi tələsdirmək istəmirik. Heç kimi məcbur etmək istəmirik", - deyə Prezident əlavə edib.
Eyni zamanda Azərbaycanın dövlət başçısı bölgədə uzunmüddətli sülhün təmin edilməsi və müharibə risklərinin ləğv edilməsi məsələlərinin ölkə üçün çox ciddi məsələ olduğunu söyləyib."Müharibədən heç dörd ay da keçməyib, ancaq Azərbaycanla Ermənistan rəsmiləriarasında təmaslar qurulur, görüşlər bəzən açıq, bəzən qeyri-rəsmi formatda keçirilir. Lakin bu proses gedir. Buna görə də məsələnin bütün incəliyini dərk edərək bir daha demək istəyirəm ki, istədiyimizə tam nail olmaq üçün müdrik olmalı və bütün addımları vaxtında atmalıyıq. İkinci Qarabağ müharibəsi, vaxtındaatılan addımların təsiri oldu", - deyə Prezident İlham Əliyev bildirib.
https://ava.md/2021/03/02/il-ham-aliev-azerbaydzhancy-vernutsya/
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi