Şirvanın icra başçısı şəhid Ruslan Rüstəmovun ailəsini ziyarət edib - FOTOLAR
02-03-2021 [19:47]
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə keçirdiyi görüşlər, onlara dövlət səviyyəsində olunan diqqət və qayğı Şirvan şəhərində də davam etdirilir.
Mia.az xəbər verir ki, Şirvan Şəhər İcra Hakimiyyəti Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə görüşlərə xüsusi önəm verir, onların qaldırdıqları məsələlərə, müaciətlərə hassaslıqla yanaşır, maddi və mənəvi dəstək göstərir.
Bu gün Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhər İcra Hakimiyyəti aparatının əməkdaşları ilə birlikdə Vətən müharibəsinin şəhidi baş leytenant Rüstəmov Ruslan Nüsrət oğlunun ailəsini ziyarət edib.
Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. Şəhidin şəxsi əşyalarından, şəkillərindən ibarət guşə ilə tanış olan İcra Hakimiyyətinin başçısı Ruslan Rüstəmov kimi oğulların qəlblərdə yaşayacaqlarını, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin daim əziz tutulacağını söyləyib.
Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən danışan İlqar Abbasov həmin qələbədə payı olan Ruslan Rüstəmov kimi qəhrəman oğullarımızla hər birimizin fəxr etdiyini bildirib, əldə etdiyimiz şanlı Qələbəyə görə şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib. Şəhər rəhbəri şəhidlik zirvəsinə ucalan Ruslanın təkcə şirvanlıların, doğma el-obasının oğlu deyil, bütöv Azərbaycanın oğlu olduğunu, onunla hər bir şirvanlının, hər buir azərbaycanlının qürur duyduğunu söyləyib.
Şəhid ailələrinin və qazilərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiaqamətində dövlət başçısının imzaladığı sərəncamlar barəsində məlumat verən İcra Hakimiyyətinin başçısı “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin yaradılmasının şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində xüsusi diqqətin təzahürü olduğunu vurğulayıb.
“Onun özündən sonra qalan 5 övladı hər zaman bizə əmanətdir və şəhid övladlarının xoşbəxt böyüməsi üçün əlimizdən gələni edəcəyik” deyən İlqar Abbasov uşaqların təhsili ilə də maraqlanıb. Şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq bayramlarımızı təntənə ilə qeyd etməsək də şəhid övladlarının könlünün xoş olması və qismən də olsa sevinməsi məqsədi ilə onları Od çərşəbəsi münasibətilə təbrik edib və Novruz bayramına xas şirniyyatlar, bir ədəd televizor və iki nəfərlilk uşaq çarpayısı hədiyyə edib.
Şəhidin anası Fatmaxanım Rüstəmova oğlunun Hacıqabul rayonunda dəfn olunsa da ailəsinin Şirvan şəhərində yaşadığını və Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən daim diqqətdə saxlanıldığı bildirib. İki Övladının da Vətən müharibəsinin iştirakçısı olduğunu, Ruslanla hər zaman fəxr etdiyini qeyd edən şəhid anası şəhid ailələrinə göstərilən qayğıya və ehtirama görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğı bundan sonra da davam etdiriləcəkdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi