Parlamentdən sərt qərar, İşçini əmək müqaviləsiz işlədənlər həbs oluna bilər

img

20-12-2013 [18:56]


Azərbaycanda əmək müqaviləsi olmadan işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi cinayət məsuliyyəti yaradacaq.

"Qafqazinfo” xəbər verir ki, Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinə xüsusi olaraq 162-1-ci maddə əlavə olunur.
Yeni maddəyə görə, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən xeyli sayda işçinin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi 7 min manatdan 10 min manata qədər və ya 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Eyni əməllər təkrar törədildikdə 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Bu maddədə "xeyli sayda” dedikdə, 10 və 10-dan çox işçi sayı nəzərdə tutulur.

Layihə Milli Məclisin dekabrın 27-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA