Dövlət Sərhəd Xidmətinə yeni rəis müavini təyin olunub

img

20-12-2013 [16:40]


Dövlət Sərhəd Xidmətində (DSX) yeni təyinatlar olub. APA-nın məlumatına görə, general-mayor Azad Ələkbərov DSX rəisinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət üzrə Baş İdarənin rəisi vəzifəsinə təyin edilib.

A. Ələkbərovun yerinə - DSX Sərhəd Qoşunları Baş Qərargahının Dövlət Sərhədinin Mühafizəsi İdarəsinin rəisi postuna isə Göytəpə Sərhəd Dəstəsinin komandiri, polkovnik Zəki Cəlilov təyin olunub.

Qeyd edək ki, Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət üzrə Baş İdarənin rəisi, general-mayor Məhəmməd Abbasquliyev noyabr ayının 22-də vəfat edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA