Rəsmi Tehran: “İran həmişə Azərbaycan ərazilərinin işğalına qarşı olub"
01-03-2021 [13:42]
“Azərbaycan İran üçün çox önəmli və əhəmiyyətli ölkədir”.
Bunu İran xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçı İranın Qum şəhərində keçirilən Qarabağa həsr olunmuş beynəlxalq konfransında deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan-İran münasibətləri yüksək səviyyədədir və iki ölkə arasında bu münasibətlərin davam etdirilməsi üçün addımlar atılır: “Bu münasibətlər yaxşı qonşuluq siyasəti çərçivəsində aparılır”.
Nazir müavini bildirib ki, iki ölkə arasında müxtəlif sahələrdə birgə layihələr icra olunub və olunmaqdadır: “Səhiyyə turizmi və sərhəd mübadilələrini buna misal göstərmək olar”.
O əlavə edib ki, Qarabağ münaqişəsi başlanandan İran Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini dəstəkləyib: “İran həmişə Azərbaycan ərazilərinin işğalına qarşı olub. Bunun bariz nümunəsi Xudafərin su bəndinin inşa edilməsi ilə əlaqədar Azərbaycanla İran arasında müqavilənin imzalanmasını göstərmək olar. Bu su bəndi inşa edildiyi zaman işğal olunmuş ərazilərdə idi. Azərbaycanla İran arasındakı müqavilə İranın Ermənistanın işğalçılığına qarşı olduğunu göstərir. Bununla əlaqədar Ermənistan tərəfi ilə müzakirə aparıldı və onların su bəndi ərazisini tərk etmələri və heç bir müdaxilə etməmələri istənildi. Artıq bu su bəndi İran və Azərbaycan münasibətlərinin simvoluna çevrilib”.
Qeyd edək ki, bu gün İranın Qum şəhərində Qarabağa həsr olunmuş beynəlxalq konfrans keçirilir. Konfransa İranın xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçı, Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi, Qum Dini Elmlər Seminariyasının müdiri Əlirza Ərafi, İranın Məsləhət Şurasının katibi Möhsün Rzayi, İranın və Azərbaycan parlamenti dostluq qrupunun sədri Əli Nikzad, Belarus, Rusiya, Gürcüstan, Ukrayna nümayəndələri qatılıblar/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi