ŞƏHİD MÜƏLLİM ELXAN RZAYEV: "O, nişanlı idi..."
27-02-2021 [16:11]
Özünümüdafiə hər bir canlıya xas xüsusiyyətlərdəndir. Dünya binə olandan güclü ilə gücsüz, xeyirlə şər qovğadadər.
Əslində zülm, dağıntılar, ölümlərlə sonuclanan müharibələrdən insanlar da, ölkələr də həmişə ziyan çəkir. Qarşıdurmalar zamanı qalib tərəf olmaqdan ötrü istər insan qrupları, istərsə də cəmiyyət zamanla müxtəlif vasitələr düşünmüşdür. Dövlət səviyyəsində isə bu ordu quruculuğudur ki, Azərbaycan dövləti də öz müstəqilliyini əldə etdikdən sonra güclü və nizamlı ordu yaradılmasına başlamış və hazırda ordumuz dünyanın əlli ən inkişaf etmiş ordusunun ön sıralarında yer alır. Birinci Qarbağ müharibəsi məğlubiyyətini yaşayan xalqımız torpaq itkiləri ilə heç vaxt barışmamış, lazım olduğu andaca döyüşlərə atılaraq doğma yurd yerlərini düşməndən azad etməyə hazır olmuşdur...
Ali Baş Komandan İlham Əliyevin bir əmri ilə azadlıq savaşına qalxan oğullarımız, damarında döyüşkən türk qanı axdığını haqq davamızda bir daha sübut etdi. Onlardan biri də Rzayev Elxan Ariz oğlu idi.
O, 1994-cü il, aprelin 15-də Sabirabad rayonunun Qəzli kəndində dünyaya gəlmişdi. Orta təhsilini 2000-2011-ci illərdə B.Rəhimov adına Qəzli kənd tam orta məktəbində alan Elxan, orta məktəbi bitirərək Bakı Dövlət Kompyuter Kollecinə daxil olur. 2012-ci ildə həqiqi hərbi xidmətə çağırılanda təhsilini yarımçıq qoyaraq orduya gedir. Hərbi xidmətini Quru Qoşunlarının Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsində rabitəçi kimi yerinə yetirir, daim nizam-intizamı, səriştəsi ilə seçilən əsgər, 2014-cü ildə ordudan tərxis olunaraq Kollecdə təhsilini davam etdirməyə başlayır. 2016-cı ildə oranı müvəffəqiyyətlə başa vurur və 2017-ci ildən etibarən Qəzli kənd tam orta məktəbində müəllim kimi əmək fəaliyyətinə başlayır. Lakin vətənpərvər gənc aldığı biliklə kifayətlənmir, daim təhsilini artırmaq barədə düşünürdü. Bunun üçün o, 2019-cu il Ali məktəblərə qəbul imtahanlarında uğurla iştirak edərək Qazax Dövlət Universitetinə qəbul olunsa da, Universitetin qiyabi şöbəsi olmadığından təhsildən imtina ediir. 2020-ci ildə keçirilən qəbul imtahanlarında yenidən bəxtini sınayaraq Sumqayıt Dövlət Universitetinə qəbul olunur. Lakin bu dəfə də İkinci Qarabağ savaşının başlanması onun yolunu Universitet auditoriyasından deyil, cəbhədən salır...
29 sentyabr 2020-ci ildə müharibəyə yollanan Elxan Rzayev, Ağcabədi rayonunda hərbi təlimlər keçərək döyüşlərə qatılır. İlk dəfə Cəbrayıl uğrunda gedən şiddətli döyüşlər zamanı yaralanan Elxan, tibbi yardım göstərildikdən sonra döyüşə yenidən davam edir. 13 oktyabr günü, növbəti ağır döyüşə girməmişdən öncə valideynləri ilə görüşərək onlara Ordumuzun gücündən, hərbi qulluqçuların yüksək döyüş bacarıqlarından, döyüşlərdə göstərdikləri igidliklərdən həvəslə söz açır və müharibənin çox tez bir zamanda Azərbaycan ordusunun qələbəsi ilə bitəcəyini, özünün isə geriyə qalib kimi dönəcəyini inamla bildirir...
Ağır istehkamları,
Yarıb keçir Ordumuz.
Düşməni biçib yerə,
Sərib keçir Ordumuz...
Azərbaycanı canı bilən, üçrəngli Bayrağını isə həmişə uca tutan Elxan, komandanlığın bütün əmr və tapşırıqlarını həmişə həvəslə yerinə yetirir, vətənə xidmətdən qürur duyurdu. Oktyabr ayının 14-də Qudadlı istiqamətində gedən ağır və çətin döyüşlərə girən Elxan, düşmənin canlı qüvəsinin və hərbi texnikasının məhv edilməsində iştirak etmişdi. Qubadlının Çardaxlı kəndində gedən ağır döyüşlər isə təəssüf ki, onun üçün sonuncu olmuş, bu döyüşdə Elxan ağır yaralanaraq şəhidlik məqamına ucalmışdır. Qəzli kənd qəbristanlığında dəfn olunmuş şəhidin məzarı indi kənd camaatının, işlədiyi kollektivin və sevimli şagirdlərinin and yeridir. Ölümündən sonra igid döyüşçü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir...
...Ariz oğlundan danışdıqca kövrəlir, amma göz yaşalrını gizləməyə çalışır. Gözü hər tərəfdə yeganə oğlunu axtaran ata onun vətənpərvərliyindən, alicənablığından, geniş dünyagörüşlü olmasından həsrətlə söz açır: “Oğlumu bizim üçün heç kim əvəz edə bilməz, biz onunla fəxr edirik, başımızı uca elədi, vətən sevgisi bütün sevgilərdən ucadır, oğlum da Vətən yolunda canından keçdi. Şəhidlər Azərbaycan durduqca yaşayacaqlar. Vətən sağ olsun!”-deyir.
Elxan Rzayev bu kəndin İkinci Qarabağ savaşında qanı ilə tarix yazan yeganə şəhididir. Nişanlı idi, pandemiya bitəndən sonra toyu olacaqdı. Bir sevgi yolu beləcə başlamadan bitdi, neçə-neçə arzu yarımçıq qaldı, amma bir təsəllimiz var, o da otuz ilə yaxın işğal altında olan qədim torpaqlarımızın azadlığı, vətənimizin ərazi bütövlüyünün bərpa olunmasıdır.
Şəhidlər Allaha ismarlanan duadır, onlar ruha çevrilərək Vətən göylərində yenə də bu yurdun keşiyindədirlər..
Şahnaz Şahin
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi