BBC-nin Zəngəzurdan maraqlı reportajı: "Rusiyalı sərhədçilər danışırlar ki..." - "Azərbaycanlılar orada dayanıb, maşını saxlamaq olmaz”
27-02-2021 [11:44]
“Ermənistanın Gorus şəhərindən Qafan şəhərinə aparan yolun kənarında "Welcome to Azerbaijan!" sözləri yazılmış böyük şit qoyulub. Lakin biz onun fotosunu çəkmək üçün maşını saxlayan kimi, Rusiya sərhədçiləri peyda olur, kim olduğumuzu, nəyə görə burada dayandığımızı soruşur: “Ümumiyyətlə, burada foto çəkmək qadağandır. Əgər siz yolla getsəniz artıq Azərbaycan ərazisinə keçəcəksiniz. Lakin bir halda ki, Moskvadan gəlmisiniz, sizi qoruyarıq”,- əsgər zarafatla deyir”.
Bu sətirlər BBC rus xidmətinin reportyorlarının Ermənistanın Sünik (Zəngəzur) vilayətindən, Azərbaycanla sərhəddən hazırladıqları reportajdan götürülüb.
Hansı ki, bu sərhədlər də Azərbaycan ərazilərinin bir hissəsi kimi, 28 ildir işğal altındaydı və 44 günlük Qarabağ müharibəsində Ermənistanın təslim olmasının nəticəsi olaraq Azərbaycan özünün beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdi. Nəticədə sovet dövründə çəkilmiş Gorus-Qafan yolunun bir hissəsi Azərbaycanın nəzarətinə keçdi.
BBC müxbirləri qeyd edirlər ki, Gorus-Qafan yolu bir neçə döngədən sonra Azərbaycana qaytarılmış ərazilərdən keçir, müharibədən sonra Azərbaycan hərbçiləri orada bir neçə belə şit qoyublar: azərbaycanlılar bu yolla gedib-gəlməsələr də məğlub olmuş düşmən üçün bu şitlər baş verənlərə dair simvolik xatırlatmadır.
Azərbaycanlılarla ermənilər arasında yeni toqquşmalardan qaçmaq üçün isə Rusiya öz sərhədçilərini bu yol üzərində yerləşdirib.
Rusiyalı sərhədçilər danışırlar ki, yerli sakinlər sərhədlərin necə dəyişdiyi, hara getməyin mümkün olduğu, hara mümkün olmadığı haqda dair erməni hökumətindən deyil, onlardan məlumat alırlar.
“Azərbaycanlılar dəqiq bilirlər ki, onlar nəyə nail olmaq istəyirlər və hər mübahisəli sahəyə görə axıradək mübahisə aparırlar, erməni tərəfinin isə belə istəyi görünmür”,- rusiyalı sərhədçilərdən biri deyir.
“Qabaqda daha bir Azərbaycan zastavasını görəcəksiniz, amma Qafana qədər rahat gedə bilərsiniz”,- o, əlavə edir.
40 min nəfərin yaşadığı Qafan Sünik vilayətinin mərkəzidir. Şərqdən Azərbaycanla, qərbdən Azərbaycanın eksklavı Naxçıvanla, cənubdan İranla sərhəddir.
Yolda İran nömrəli “furalar” tez-tez gözə dəyir. Yol boyu dişlərində açar tutmuş ayı fiqurları da qoyulub. Çünki əfsanəyə görə, Zəngəzur bütün Ermənistanın açarıdır.
BBC müxbirləri bildirirlər ki, Qarabağda müharibə gedəndə yerli sakinlər Azərbaycanın Zəngəzuru da alacağı haqda danışırdılar.
“Sünikə ən azından indi heç kim hücum etməyə hazırlaşmır, amma Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyev arasında imzalanmış üçtərəfli razılaşmaya görə bu yerlərdən hər halda Azərbaycanla Naxçıvanı birləşdirən dəmir yolu keçməlidir. Prezident İlham Əliyev artıq Horadizdən Zəngilana və oradan erməni sərhədinə qədər dəmir yolunun çəkilməsi haqda tapşırıq verib. Lakin Qafanda bizim qarşılaşdığımız məmurlar yeni yolun onların vilayətində haradan keçəcəyini bilmədiklərini deyirlər”,- reportajda deyilir.
Bildirilir ki, Azərbaycan sərhədçiləri hələlik Gorus-Qafan yolunda hərəkəti bağlamırlar. Təkcə QAİ əməkdaşları xəbərdarlıq edir: “Bir neçə döngədən sonra çadırlar görəcəksiniz, azərbaycanlılar orada dayanıb, maşını saxlamaq olmaz”.
Jurnalistlər bir hissəsi Azərbaycanın nəzarətinə keçən Şurnux kəndində də olublar. Məlum olduğu kimi, bu kəndin 11 evi Qubadlı rayonunun inzibati ərazisinə daxil olduğu üçün Azərbaycana qaytarılan ərazidə qalıb. Hazırda Şurnuxda 80-ə yaxın erməni yaşayır. Orada 35 ev var. Kənd başçısı Akop Arşakyan deyir ki, dekabrın sonlarında kəndə nümayəndə heyəti gəldi-üç Azərbaycan generalı, bir Rusiya generalı və Ermənistan ordusunun podpolkovniki. Sakinlərə xəbərdarlıq edildi ki, 11 ev Azərbaycanın nəzarətinə keçir və onları azad etmək lazımdır.
Generallardan biri əlini belinə qoyub mənə dedi: “İndi bura Azərbaycan torpağıdır!” Bizim tərəfdən isə ancaq podpolkovnik idi, o da başını aşağı salıb susdu. Bilirsinizmi, necə təhqiramiz vəziyyət idi?”,- Akop deyir.
Azərbaycanın nəzarətinə keçən evlərdən birində yaşamış 57 yaşlı Larisa isə bildirir ki, çoxları kompensasiya almaq üçün yalandan əşyalarını çıxara bilmədiklərini deyirlər. Əslində isə, həmin evlərdə yaşayanlar bütün əmlaklarını çıxarıblar.
“Biz hər şeyi götürdük, ancaq lobya payalarından başqa. Mən onları da götürmək istəyirdim, amma sonra baxıram: azərbaycanlılar artıq payaları tonqal qalamaq üçün aparır”,- o, deyir.
Köçürülən digər sakin Edik Ayrapetyan isə danışır ki, Rusiya sərhədçiləri həmin evdə yaşayanlardan birinin ayaqqabısını götürmək üçün ora qayıtmasına kömək edib.
“Bizdə bir qoca ayaqqabısını orada unutmuşdu, ayağında nə varsa onunla çıxmışdı. Burada elə qar başladı ki...O ayaqqabısını yadına saldı, qayıtmaq istədi, rusların köməyinə müraciət elədi, onlar isə azərbaycanlılarla əlaqə saxladı. Azərbaycanlılar da ona imkan yaratdılar ki, qayıdıb keçmiş evindən ayaqqabısını götürsün”,- Edik danışır. /Virtualaz.org
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi