19-12-2013 [13:00]
"Təəssüflər olsun ki, bəzən gənclərin təşəbbüskarlıq səviyyəsi tam qaneedici səviyədə olmur". SalamNews xəbər verir ki, bunu Prezident Administrasiyasının (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bu gün Bakıda Bakı keçirilən ASAN Könüllülüləri Gənclər Təşkilatının birinci qurultayında çıxışı zamanı bildirib.
Onun fikrincə, indi gündəlik internetdən istifadə etməyən, soail şəbəkələrdə olmayan gənc tapmaq çətindir. Son statistik rəqəmlərə görə, hazırda facebook-da 1 milyon 120 mindən çox, tvitter-də onminlərlə Azərbaycanlı istifadəçi qeydiyyatdan keçib. Əgər 2000-ci ildə dünya əhalisinin cəmi 6 faiz-i, yəni 360 milyon nəfəri internet istifadəçisi idisə, bu rəqəm 2005-ci ildə 16 faiz-ə, yəni 1 milyard nəfərə, 2010-cu ildə 29 faiz-ə, yəni 2 milyard nəfərə çatdı. Hazıda isə dünya əhalisinin 39 faizi-indi ötməklə 3 milyard nəfərdən çox insan internet istifadəçisidir. Proqnozlara görə, 2020-ci ilə qədər bu göstərici 5 milyard nəfərə çatacaq.
E.Aslanov vurğulayıb ki, Azərbaycan gəncləri dünyanın bu inkişaf trendini nəzərə almalıdır. İnformasiya cəmiyyəti getdikcə böyüyür. Odur ki, virtual məkanlarda da Azərbaycanın mövqeyinin qorunması, müdafiəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırma, reaksiyalar çox mühümdür. Mən bunu açıq söyləyəcəm, Azərbaycanda sosial şəbəkələrdə intellektual diskussiya boşluğu var, Azərbaycana qarşı əsassız ittihamlara gənclərimiz tərəfindən verilən cavabları, reaksiyaları yetərli saymaq olmaz. Azərbaycana qarşı çirkin kampaniya aparmaq istəyənlər, bu niyyətə düşənlər məhz reaksiyalardan ehtiyat edib geri çəkilməlidir. Təşəbbüskarlıq bu məsələdə öndə olmalıdır, bu cür əsassız ittihamlara gənclərimiz heç bir dövlət qurumunu, məmurunu gözləmədən özləri cavab verməlidir. Cavabsız deyilik axı? Şükürlər olsun ki, deməyə tuarlı sözümüz də var, dilimiz də. Mən dilimiz deyəndə, həm də xarici dilləri bilənlərin sayının artmasını nəzərdə tuturam.
PA-nın şöbə rəhbəri deyib ki, erməni lobbisinin təxribatçı fəaliyyət dairəsini hər bir imkandan istifadə edərək daraltmaq, onları ifşa, etdikləri əməllərə görə peşman etmək lazımdır. Dünyada ən çox müraciət edilən Vikipediyanı götürək. 30 milyondan çox ensiklopedik məqaləyə malik Vikipediya 286 dildə fəaliyyət göstərir, hər ay 10 milyonlarla istifadəçi oradan məlumatlar əldə edir. Mən nəzər yetirdim, Vikipediyanın Azərbaycan bölməsində 65 800 istifadəçi fəaliyyət göstərərsə də, onlardan cəmisi 500-ə yaxını fəal istifadəçidir. Bu da azdır.
E.Aslanov vurğulayıb ki, Azərbaycan gəncləri bütün mümkün platformalardan ölkənin təblii üçün istifadə etməlidirlər. Heç bir informasiya cəbhəsini kənarda saxlamaq olmaz. Bu gün Azərbaycana qarşı şəbəkə müharibəsi aparılır. Bütün bunların qarşısında güclü vətəndaş amili, dövlət-vətəndaş birliyi böyük səddir. Çünki Azərbaycanın dövlət siyasətinin mərkəzində ölkə vətəndaşı, ona xidmət dayanır. Azərbaycan dövlətinin milli maraqları hər şeydən üstün tutulur. Gənclər də milli maraqların müdafiəsi üçün hər cür fədakarlığa getməyə hazır olmalıdır, vətənin müstəqilliyi hər şeydən üstündür.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi