Ermənistanın Azərbaycana təzminat ödəyəcəyi gün uzaqda deyil...
25-02-2021 [23:00]
Xocalı soyqırımının 29-cu ildönümündə bu faciədə ailə üzvlərini, qohumlarını və yaxınlarını itirmiş hər kəsə və xalqımıza başsağlığı verirəm.
Yalnız Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtmasından sonra, onun təşəbbüsü ilə Milli Məclis Xocalı soyqırımına siyasi-hüquqi qiymət verdi. Xocalı soyqırımı barədə həqiqətlərin dünyaya yayılması ədalətli mövqeyimizin dəstəklənməsi baxımından əhəmiyyətlidir.
Eyni zamanda hesab edirəm ki, Xocalı soyqırımı barədə məlumatlandırma və maarifləndirmə işində xalqımızın hər bir nümayəndəsi fəal iştirak etməlidir. Təbliğat-təşviqat istiqamətində əsas missiya da medianın üzərini düşür.
Hər bir azərbaycanlı istər Xocalı faciəsində, istərsə də ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və xoşbəxt gələcəyi uğrunda şəhid olanların ruhu qarşısında vicdan məsuliyyəti daşıyır.
2008-ci ildə isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasına start verildikdən sonra keçirilən ardıcıl tədbirlər, müxtəlif xarici ölkələrin siyasi və ictimai dairələri ilə aparılan təbliğat işləri nəticəsində Xocalı soyqırımı barədə həqiqətlərin dünyada tanıdılması geniş yayıldı.
Uzun illərdən sonra Prezident İlham Əliyevin qətiyyətli siyasəti, böyük iradəsi və ordumuzun peşəkarlığı, xalqın dövlətlə birliyi nəticəsində işğalda olan torpaqlarımızı 44 günlük Vətən müharibəsində düşmənin başını "Dəmir Yumruq" la əzərək geri qaytardıq.
30 illik həsrətə son qoyuldu. Xalqımız xoşbəxtdir, ölkəmiz dünyanın ən nüfuzlu ölkələri sırasında mətin addımlarla irəliləyir. Azərbaycanın Qarabağın işğaldan azad olunması ilə bütövlüyünə qovuşması bütün şəhid ruhlarına verilən böyük müjdədir.
Ruhunuz rahat olsun, əziz şəhidlər. Xocalı soyqırımını törədənlərin bir qismi haqq savaşında mübarək zərbələrimizlə məhv oldular, lap az qalıb, soyqırımın bütün ölkələr tərəfindən tanınması və Ermənistanın Azərbaycandan üzr istəyərək təzminat ödəyəcəyi o gün uzaqda deyil.
Xatırlayırsınızmı, 2020-ci ilin sentyabrın 27-nə qədər torpaqlarımızın işağaldan azad olunacağı barədə danışanda da bu ifadəni işlədirdik: "az qalıb". Saf niyyətimiz, haqlı mövqeyimiz bizi istəyimizə çatdırdı, proqnozlarımız doğru çıxdı. Bu dəfə də eynisi olacaq. Azərbaycana qarşı terrorçu Ermənistanın yürütdyü soyqırım siyasətinin döyüş meydanında kökünü kəsmək qüdrətimizi nümayiş etdirdiyimiz kimi, diplomatiya meydanında da son və həlledici zərbəmizi vuracağıq. Bu gün Azərbaycanın haqlı olduğunu rəsmən təsdiqləyən ölkələrin sayı sürətlə artır.
Ölkəmiz dünyanın sülh qarantı olduğunu sübut edib, az qalıb, bu sübutu ölkələrin hər biri imzasıyla təsdiqləyəcək.
Aysel Tahirova,
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı
Gənclər Birliyinin Şura üzvü
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi