“Azərbaycan Dəmir Yolları” QSC gücləndirilmiş iş rejiminə keçdi

img

19-12-2013 [12:43]


"Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin Daşımaları Departamentinin kollektivi qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni illə əlaqədar gücləndirilmiş iş rejiminə keçib. MİA-nin "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün Sərnişin Daşımaları Departamentinin kollektivi ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20-25 əlavə vaqon qoşulmasını təmin edir.

Ehtiyac yarandığı təqdirdə (xüsusilə 20-30 dekabr tarixlərində) 38//-37 saylı Bakı-Tbilisi sərnişin qatarına əlavə 10-15 vaqonun qoşulması təmin ediləcək. Bir daha sərnişinlərin nəzərinə çatdırılır ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan həyata keçirilir. Əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün tətbiq olunur.

Sərnişinlər gediş sənədlərini İnternet şəbəkəsi vasitəsilə Online rejimində də əldə edə bilərlər.

Eyni zamanda Bakı-sərnişin stansiyasında gediş sənədlərinin (biletlərinin) dəyərini, plastik kartlardan istifadə etməklə, bilet kassalarında quraşdırılmış Pos-terminallar vasitəsilə nəğdsiz ödəyə bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA