Azərbaycanda daha bir dövlət qurumu yaradılır - Açıqlama

img

19-12-2013 [12:38]



Azərbaycanda 200 yeni peşə standartları yaradılıb.

Bunun 33-ü tikinti, 41-i emal, 13-ü kənd təsərrüfatı, 33-ü turizm, 13-ü energetika, 17-i nəqliyyat və 6-ı xidmət sahəsinə aid olan peşə standartlarıdır.

«APA-Economics»in məlumatına görə, bunu bu gün «Kadr hazırlığı və əmək məhsuldarlığının yüksəldilməsində peşə standartlarının rolu» mövzusunda Bakıda keçirilən konfransda çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Nazir bildirib ki, bu standartlar Dünya Bankı ilə birgə hazırlanıb: «Bu standartlar peşə standartlarının təməlini qoyub. Onlar əmək ehtiyatlarının yaradılması agentliyinin təsis edilməsinə təkan verə bilər. Lakin hesab edirəm ki, bu məsələ ilə bağlı müzakirələr hələlik davam etdirilməlidir».

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA