Mikayıl Cabbarov "təmizləmə"ni davam etdirir, iki prorektor da işdən azad olundu

img

19-12-2013 [12:09]


Bu gün Sumqayıt Dövlət Universitetində daha iki prorektor vəzifələrindən azad olunub.

Mia.az Sumqayitxeber.com-a istinadən xəbər verir ki, rektor Nadir Qəhrəmanov vəzifəsindən uzaqlaşdırıldıqdan sonra tədris işləri üzrə prorektor Əkbər Ağayev və universitetin elmi işlər üzrə prorektoru Yadigar Hüseynov da ərizələri alınmaqla vəzifələrindən uzaqlaşdırılıb.

Məlumatı dəqiqləşdirmək üçün Sumqayıt Dövlər Universitetinin mətbuat katibi ilə əlaqə saxladıq. Mətbuat katibi prorektorların öz ərizəsi ilə vəzifəsindən azad edildiyi faktını təsdiqləyib.

Qeyd edək ki, hazırda həmin universitetdə rektorun səlahiyyətlərinin Mikayıl Cabbarovun keçmiş müşaviri, bir neçə gün əvvəl SDU-ya prorektor göndərilən Elxan Hüseynov icra edir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA