19-12-2013 [11:59]
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin (CASPAR) sabiq rəisi Aydın Bəşirovun bacısı oğlu, Donanmanın Maddi-Texniki Təchizatı şöbəsinin rəisi Ramazan Ağaverdiyev vəzifəsindən azad edilib.
Axar.az yazır ki, R.Ağaverdiyevə işdən azad olunduğu elan olunsa da, rəsmi qərar Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin Donanmanın Maddi-Texniki Təchizat şöbəsində aparılan yoxlamaların yekununda veriləcək.
"Yeni Müsavat”a daxil olan məlumata görə, artıq A.Bəşirov tutduğu vəzifədən uzaqlaşdırılandan sonra başlanan yoxlamalar da sona çatmaq üzrədir. Qeyd edək ki, bir qədər əvvəl redaksiyamıza daxil olan xəbərdə deyilirdi ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də aparılan daxili yoxlamalar on milyonlarla ölçülən maxinasiyaları üzə çıxarıb. Məlum olub ki, QSC-nin sələfi olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (CASPAR) sabiq rəisi Aydın Bəşirov özünə yaxın kadrların, yaxın qohumlarının vasitəsilə dövlət büdcəsinə ödənməli olan külli miqdarda vəsaitləri şəxsi məqsədlərinə sərf edib. Yoxlamalar zamanı bəlli olub ki, A.Bəşirov təkcə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin inzibati binasının təmirinə sənədlər üzərində nə az, nə çox düz 27 milyon manat silib. Bu fantastik rəqəmin qarşılığında bina orta səviyyədən də aşağı təmir edilib. Bundan başqa, A.Bəşirovun ikili mühasibatlıq aparması da üzə çıxıb. Məlum olub ki, gəmilər sənədlərdə göstərilən marşrutlar üzrə hərəkətdə olmayıblar. Çox ustalıqla həyata keçirilən ikili sənədləşmələrin varlığı gəmi kapitanları və ekipaj üzvlərinin sorğu-sualından sonra aydın olub. Həmin maxinasiyalardan A.Bəşirovun milyonlar qazanması şübhəsizdir.
Noyabrın ortalarında isə Almaniyaya getmək istəyən A.Bəşirovu Bakı Beynəlxalq Hava Limanından geri qaytarıblar. Hava alanında saxlanan A.Bəşirov ağır xəstə olduğunu və Almaniyaya müalicəyə getdiyini söyləsə də, onu eşidən olmayıb. A.Bəşirova deyiblər ki, əmr yuxarıdan verilib, dekabrın 22-nə qədər ölkədən çıxmasına qeyri-rəsmi qadağa var.
Bundan başqa, A. Bəşirovun üzərinə bu il avqustun 4-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin ləğv olunan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus "Naftalan” tankerinin Rusiya tərəfindən geri alınması öhdəliyi də qoyulacaq. Xatırladaq ki, Rusiya FTX-nin yaydığı rəsmi məlumatda qeyd edilirdi ki, tankerdə oğurluq neft olub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi