Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
25-02-2021 [00:03]
Qoç - Ay və balıqların münasibətləri situasiyanın qapalı, pərdəarxası məqamlarını aşkarlayacaq, hisslərinizi əyan edəcək.
Bu gün baş verən olayların hamısı səbr, müşahidə qabiliyyəti, səhvlərinizə və yaxınlarınızın yanlışlıqlarını bağışlamaq bacarığını tələb edir.
Sosial aktivliyini gərəkli minimum səviyyəsinə endirin, təmas və əlaqələrdə isə sakitliklə dost hissləri qoruyun.
Səhhətinizlə xarici görkəminizin qayğısına qalın.
Axşam saatlarında yaxşı istirahət etməyə çalışın. İzafi çəkiniz varsa, tamahınıza hakim olun.
Buğa - Pluton və Sereranın münasibətləri günün emosional fonunu müəyyənləşdirəcək. Yeni məqsədə doğru irəliləyinişizə mane olan əlaqədən imtina edin, bəlli marağınızı qurban verin.
Yaşamın sizi seçim qarşısında qoyduğu situasiyanı inkar etmək, nəzərə almamaq mümkün deyil. Şansı əldən versəniz, dəqiqlik və konkretliyə başqası can atacaq.
Asılılıq duyğusundan qurtulmağa çalışın.
Maraqları yeniləmək, ətraf aləmlə qarşılıqlı əlaqə çərçivələrini genişləndirmək vaxtıdır.
Seçim prosesinizi sürətləndirə biləcək insanla görüşə bilərsiniz.
Əkizlər - Neptun və Uranın münasibətləri yeni nə isə etmək, işləmək, çalışmaq istəklərini azalda bilər. Bu hissə uymayın, aktiv olun. Baş verənləri təhlil edin, nə istədiyinizi dəqiqləşdirin. Yaxın ətrafınızda narahatlıq arta bilər.
Necə addım atmaq gərəkdiyini özünüz müəyyənləşdirin.
Fiziki və emosional dəstəyə ehtiyacınız var. Təhlükəsizlikdə, rahatlıqda, amanda olmaq istəyirsiniz. Müşahidə edin, hadisələrə qarışmayın, müdaxilə etməyin. Olaylara öz axarı ilə davam etməyə imkan verin. İş yerində nizam yaradın.
Həmkarlarınız barədə düşünün.
Axşam saatlarında isə yaşanan günü təhlil edin.
Həyatınızı dəyişmək, daha yaxşı yaşamaq vaxtı çatmayıbmı?
Xərçəng - Lisiteya və Umbrielin münasibətləri sizə sakit gün vəd edir. Yeni işə başlamağa tələsməyin. İşgüzar perspektivlər şəxsi həyatla uzlaşaraq düyün yaradır.
Bütün problemləri danışıqlarla, xoş söhbətlə həll etmək olar.
Münasibətlərdə həssas olun, soyuqqanlı və etinasız davranmayın.
Tələskənliyə yol verməyin.
Səhhətinizin qayğısına qalın, fiziki hərəkətlər minimumunu yerinə yetirin. Mümkün qədər çox piyada gəzin, imkanınız varsa, vitaminli qidalanın.
Axşam saatlarında evdə qalaraq vaxtınızı maraqlarınıza sərf edin.
Şir- Serera və Yerin münasibətləri günü əlverişli edir. Cari işləri görmək, sənədləşdirmək və hesabatlar hazırlamaq, müxtəlif qurumlara baş çəkmək üçün düşərli vaxtdır.
Mühüm görüş təyin etməyin. Ünsiyyət normal məcrada olsa da, konkret qərarların qəbuluna nail olmağınız müşkül məsələdir. Hansısa işdə maneə yaranarsa, tələskənlik etməyin, düşünülməmiş addım atmayın.
Detalları dəqiqləşdirin, gərəkli məlumatın axtarışı ilə məşğul olun. Daha uğurlu variantın tapılması istisna deyil.
Axşam saatlarında səhhətinizin qeydinə qalın.
Ünsiyyət dairəsini yalnız ənənəvi əlaqələrlə məhdudlaşdırın.
Qız - Mars və Plutonun münasibətləri sizdən yalnız cari işlərlə məşğul olmağı tələb edir. Hadisələrin sürətli inkişafına rəvac verə biləcək aktivlik göstərməyin.
Sizdən korrektə edən addımlar tələb olunsa da, əsasən yaşananların şahidi olacaqsınız.
Mühüm işdə və ya olayda təşəbbüsü məsələdən hali olan, problemin tez və dəqiq həll yolunu bilən adama həvalə edin.
Bədxərclik etməyin. Yaşam və işin bir bölümündə qayda yaradın, həyatınıza daha çox pozitiv enerji cəlb edin.
Tərəzi - İo və Kallistonun münasibətləri bu gün gərəksiz nə varsa, unutmağı məsləhət bilir. Qapalı, indiyədək "su altında" qalmış problemlər üzə çıxacaq. Həyatda rəngarənglik yetərincədir - nəyisə çətinləşdirməyə, mürəkkəbləşdirməyə çalışmayın.
Ailədəki dəyişikliklər işə, işdəki yeniliklər ailəyə təsir edəcək.
Ona görə də qüvvələr balansını qoruyaraq eyni vaxtda bir neçə işlə məşğul olmağa cəhd göstərin.
İş yoldaşı, şərik və ya tərəfdaşı işinizi bölüşməyə çağırmayın. Ünsiyyətdə aza qane olun.
İstənilən fiziki iş faydalıdır.
Əqrəb - Deymos və Fobosun münasibətləri sizdən mühüm işlə məşğul olmağı, yaradıcılıq potensialınızdan bəhrələnməyi tələb edir.
Əlaqələrinizi ünsiyyətdə özünüzü rahat hiss etdiyiniz insanlarla məhdudlaşdırın. Maraqlandığınız nəsnələrin axtarışlarına daha çox vaxt sərf edin.
Gümanlarınızı doğruldan, sizdən aktiv müdaxilə tələb edən məqamı diqqətdən qaçırmayın.
Hisslərdə mühafizəkar, mühüm işdə isə aktiv olun.
Yardım istəyən adama kömək edin, sizə əziz insanlardan səmimiyyət və şəfqəti əsirgəməyin.
Oxatan - Qanimed və Fobosun münasibətləri sizi bu gün dalğın edə bilər. Emosiyalar güclü, hadisələri üstələyəcək səviyyədə olacaq.
Görüş və ünsiyyətin məzmunu dolğun olaraq gözləntilərlə fikirlərinizi təsdiqləyəcək.
İntuisiyanızla məsləhətləşsəniz, ilk emosiyaya qapılmasanız, uğur sizin olacaq.
Yaşam bu gün sizə önəmli ipucu verəcək, amma tələsik qərar qəbul etməyin. Təcili hərəkət impulsuna aldanmayın.
Fikirləşin, maraqlı nə isə tapsanız, diqqətinizi cəmləyin.
Oğlaq - Avropa və Titanın münasibətləri bu gün sizə dəyişikliklərlə bağlı hissiyatınıza inanmağınıza imkan yaradır. Enerjinizi səpələməyin, özünüz üçün daha çox faydalı iş görməyə çalışın.
İmkan əldən çıxmamış məqsədyönlü, mühüm işi görüb başa çatdırın. Posçtunuzu yoxlayın. Gözləntiləriniz və planlarınızla bağlı məlumatlar ala bilərsiniz.
İşdən savayı ev, ailə üzvləri və münasibətlər də diqqət tələb edir.
Pul varsa, alış-veriş edin.
Boş vaxtınızın bir qismini ünsiyyətə sərf etmək olar. Əlaqələrin kəsildiyi adamla yazışmanı bərpa etmək olar.
Dolça - Saturn və Merkurinin münasibətləri bu gün sizdən iş yükünü azaltmağı, son günlər baş verənləri təhlil edərək nəticə çıxarmağı istəyir.
Bir qədər yavaşıyın, tempi aşağı salın. İşlər öz axarında davam edəcək. Amma önəmli yönlərdə laqeydlik etməyin. Yardım və ya kömək istəsələr, əl uzadın.
İşdə həmkarınıza kömək edərək onun yükünü paylaşmaq fikrinə düşsəniz, niyyətinizi reallaşdırın.
İnformasiya axtarışı, intellektual fəaliyyət yaxşı nəticə verə bilər.
Evdə qayda yaradın.
Yaradıcılıq və istirahət üçün əlverişli dövrdür.
Balıqlar - Makemake və Eridanın münasibətləri bu gün sizi himayə edəcək. Yaxın gələcəklə bağlı planlar qurun, görəcəyiniz işləri müəyyənləşdirin.
Səylərinizi boşuna xərcləməyin, çünki mühüm, önəmli iş görə bilməyəcəksiniz. Fəqət, ətrafınızda baş verənlərə həssas olun. Eşidilən xəbərlər, duyulan söhbətlər gələcəkdə faydalı ola bilər.
Günün ikinci yarısında ailə ilə birlikdə olun. İmicinizə zəruri dəyişikliklər edə bilərsiniz.
Milli.Az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi