Azərbaycan Silahlı Qüvvələr Nizamnaməsinə dəyişiklik edilir

img

18-12-2013 [19:07]


Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında qanun layihəsinə baxılıb.


Parlamentdən verilən məlumata görə, layihə barədə komitə sədri, birinci vitse-spiker Ziyafət Əsgərov məlumat verib.

O qeyd edib ki, sənədə edilən dəyişikliklər qanunvericilik aktlarının uyğunlaşdırılması zərurətindən irəli gəlir və "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun tətbiqi ilə əlaqədardır. Müzakirələrdə komitə üzvləri Elman Məmmədov, Hacı Salayev, komitə sədrinin müavini Aydın Mirzəzadə rəylərini bildiriblər.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA