Nazir oğlunun evindən şok görüntülər - (Fotolar)

img

18-12-2013 [17:40]



İstanbul Baş Prokurorluğu tərəfindən həyata keçirilən "Yolsuzluq” əməliyyatı zamanı saxlanılan Türkiyə daxili işlər naziri Muammer Gülerin oğlu Barış Gülerin evindən ilk fotogörüntülər yayılıb.

Barış Gülerin evində həyata keçirilən əməliyyat-axtarış tədbirlərinin fotoları mətbuata ötürülüb.

Polis evə baxış zamanı kassadan çıxan külli miqdarda pulu sübut olaraq götürüb. Fotolardan aydın olur ki, nazir oğlu pullarını saymaq üçün evində pul sayan maşın da saxlayırmış. Bu maşın da sübut olaraq polis əməkdaşları tərəfindən götürülüb.Virtualaz.org


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA