Ceyhun Bayramov Fransa Milli Assambleyasının üzvlərinin çoxsaylı suallarını cavablandırıb - FOTO
22-02-2021 [20:48]
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransa Milli Assambleyasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
XİN-dən Mia.az-a verilən məlumata görə, nazir ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişafından bəhs edib, Azərbaycanın Fransa ilə münasibətlərin inkişafına hər zaman yüksək əhəmiyyət verdiyini qeyd edib. Fransanın bölgədə hər zaman fəal olduğu və bütün istiqamətlərdə məsələlərin qarşılıqlı anlaşma və dialoq vasitəsilə inkişaf etdiyi vurğulanıb.
C.Bayramov bölgədə cərəyan edən son proseslər, o cümlədən 44 günlük Vətən müharibəsindən sonrakı vəziyyət, işğal faktorunun aradan qaldırılmasının iki dövlət arasında münasibətlərin normallaşması üçün əsas təşkil etdiyi, üçtərəfli bəyanatların həyata keçirilməsi və digər aidiyyəti məsələlər barədə qarşı tərəfə ətraflı məlumat verib. Beynəlxalq hüququn prinsipləri, xüsusilə də beynəlxalq sərhədlər çərçivəsində ərazi bütövlüyünə hörmət və sərhədlərin toxunulmazlığına hörmət əsasında münasibətlərin normallaşmasının mümkün olduğu qeyd olunub.
Fransa Milli Assambleyasının üzvləri səmimi qəbula, eləcə də təqdim edilən məlumata görə təşəkkürlərini ifadə ediblər. İki ölkənin parlamentləri arasındakı münasibətlərin dostluq prinsiplərinə söykəndiyini bildiriblər. Hazırkı səfərlərini bölgədə mövcud olan vəziyyətlə tanış olmaq, Azərbaycanın mövqeyi barədə məlumat əldə etmək baxımından faydalı qiymətləndiriblər.
Görüşün sonunda nazir Fransa Milli Assambleyasının üzvlərinin çoxsaylı suallarını cavablandırıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi