Mehriban Əliyeva dünya şöhrətli Ornella Muti ilə görüşüb

img

18-12-2013 [12:13]


Dekabrın 17-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İtaliyanın dünya şöhrətli aktrisası Ornella Muti ilə görüşüb.

O, qonağı salamlayaraq onu Bakıda görməkdən şad olduğunu bildirib. Mehriban Əliyeva Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində gördüyü işlərdən danışıb.

İtaliyada Mehriban Əliyeva ilə görüşlərini məmnunluqla xatırlayan Ornella Muti "Crystal Hall”da onun aparıcılığı ilə keçiriləcək "San-Remo festivalının ulduzları Bakıda” adlı konsert proqramı haqqında məlumat verib.

Bir il bundan əvvəl Bakıda olduğunu bildirən aktrisa şəhərin daha da gözəlləşdiyini söylədi. Ornella Muti Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin təbliği istiqamətində gördüyü işlərin əhəmiyyətini qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA