Konsul rüşvətə görə tutulan rəisin işini araşdırır - Açıqlama

img

18-12-2013 [11:32]


Azərbaycanın Qarsdakı Baş Konsulluğu Naxçıvanın Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidovun Türkiyədə həbs edilməsinə münasibət bildirib. 

Konsulluqdan AzVision.az-a bildiriblər ki, hadisə ilə bağlı onlarda rəsmi məlumat olmasa da baş konsul Həsən Zeynalov gömrük rəisinin həbsinin səbəbini araşdırır.

Qeyd edilir ki, yaxın saatlarda həbslə bağlı daha geniş məlumat veriləcək.

Türkiyə mətbuatının yazdığına görə, Naxçıvanın Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidov İstanbuldan Qarsa gələndə təyyarədən endikdən sonra rüşvət və qaçaqmalçılıq əməliyyatı çərçivəsində saxlanılıb.

Onun həbsinin İğdır Dilucu sərhəd keçid məntəqəsi əməkdaşlarına qarşı irəli sürülən ittihamlarla bağlı olduğu deyilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA