18-12-2013 [11:19]
***
Dekabrın 17-də Türkiyəni silkələyən şok həbs dalğasının bir ucu da Azərbaycanı vurub. Xəbər verildiyi kimi Türkiyə polisinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Naxçıvanla sərhəddəki Dilucu sərhəd-keçid məntəqəsində irimiqyaslı əməliyyat keçirib. Virtualaz.org Türkiyə qaynaqlarına istinadən xəbər verir ki, yüzlərlə polisin iştirak etdiyi əməliyyat zamanı 17 gömrük məmuru, o cümlədən Sədərək gömrük xidmətinin rəisi Mirməhəmməd Seyidov həbs edilib.
Türkiyə mətbuatı yazır ki, Dilucu sərhəd-keçid məntəqəsində keçirilən əməliyyat İstanbulda 3 nazir oğlu da daxil olmaqla 50-dən çox məşhur iş adamının və yüksək vəzifəli məmurun həbs edilməsi əməliyyatının bir hissəsi olub. Dekabrın 17-də səhər saatlarında başlayan əməliyyat Naxçıvan gömrüyünün əsas strukturlarından birinin-Sədərək gömrüyünün rəisinin həbs olunması ilə müşaiyət olunub. Xəbərlərə görə Mirməhəmməd Seyidov İstanbuldan təyyarə ilə Qarsa uçub və Qars aerportunda təyyarədən enəndə onu yerli polisin mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin əməkdaşları "qarşılayıb”. Əlləri qandallanan gömrük rəisi dindirilmək üçün Qars polis idarəsinə aparılıb. Polisdən gömrük rəisinin həbsi ilə bağlı açıqlama verilməyib, ancaq hüquq-mühafizə orqanlarındakı mənbələrdən bildirilib ki, Seyidov Qars gömrük məmurlarına rüşvət verilməsi, qaçaqmalçılıq və korrupsiya cinayətlərinə görə saxlanılıb.
Türkiyə mənbələri xəbər verir ki, Emniyyət Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbə Müdirliyinin əməliyyatçıları 1 ilə yaxındır Mirməhəmməd Seyidov da daxil olmaqla Naxçıvanla sərhəddəki gömrük məntəqəsində işləyənləri izləyirmiş. Həbs olunanların telefon danışıqları dinlənilib və hərəkətləri izlənilib. Seydovun İstanbula hansı məqsədlə getdiyi məlum deyil. Ancaq istisna deyil ki, gömrük rəisinin Türkiyəyə hansısa iş üçün dəvət edilməsi onun həbsi üçün qurulmuş əməliyyatın bir hissəsi olub.
Xəbərə görə polis basqını görən türkiyəli gömrük məmuru içərisində 71 min TL məbləğində valyuta olan paketi pəncərədən küçəyə atıb. Əməliyyat Dilucu sərhəd-keçid məntəqəsi, İğdırda və Aralıq qəsəbəsində 280 polisin iştirakı ilə keçirilib. Həbs olunanlardan biri qadındır, 7-i gömrüm işçisi, 10 nəfər isə nəqliyyat firmalarının sahibləridir. Həbs olunanların evlərində və iş yerlərində axtarış aparılıb. Nəqliyyat firmalarının sahiblərinin evlərindən yüz minlərlə dollar, çoxlu sayda imzalı, ancaq üzərində məbləğ göstərilməyən ödəmə sənədləri, neft məhsullarının qaçaqmalçılığını təsdiqləyən sənədlər və silah tapıblar.
İlkin dindirmə zamanı bəzi gömrük məmurları iddia ediblər ki, rüşvəti məcburən alıblar. Çünki nəqliyyat firmasının sahibləri rüşvət almayan gömrük məmurlarını döydürürmüş. Saxlanılanlar bu gün məhkəməyə çıxarılacaq.
Qeyd edək ki, uzun illərdir Naxçıvandakı Sədərək gömrüyü qaçaqmalçılığın, rüşvətin, korrupsiyanın və özbaşınalığın tüğyan etdiyi məkan olaraq qalır. Sədərək gömrüyünün keçmiş rəisi "Laba”nın əməlləri barədə mətbuat uzun illər boyu yazıb. Sədərək gömrüyü Azərbaycandan Türkiyəyə benzin və dizel yanacağı qaçaqmalçılığı üçün əsas məntəqə olub. Bu məntəqədə heç bir qanun işləməyib və rüşvət verməkdən imtina edən iş adamları döyülüb, oğurlanıb, malları müsadirə olunub və həbs edilib. Həmçinin Sədərək gömrüyündən İrana qarşı beynəlxalq sanksiyaların "dəlinməsi” üçün istifadə edildiyi barədə WikiLeaks tərəfindən yayılan Amerika diplomatik teleqramlarında geniş bəhs edilirdi. Başqa sözlə, Sədərək gömrüyü beynəlxalq qaçaqmalçılıq məntəqəsi kimi fəaliyyət göstərib.
İşin digər ilginc tərəfi budur ki, Naxçıvan gömrüyünün korrupsioner məmurunu Türkiyədə həbs edirlər. Bu, azərbaycanlı korrupsionerlərin ölkə sərhədlərindən kənarda, başqa ölkədə həbsinə dair ilk presedentdir. İndi Azərbaycan tərəfinin bu həbsə necə reaksiya veerəcəyi maraqla gözlənilir.
***
01.22
Naxçıvanın Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidov Türkiyədə həbs edilib. Musavat.com-un Haberler.com-a istinadən verdiyi məlumata görə, Naxçıvanla sərhəddəki Dilucu gömrük keçid məntəqəsində həyata keçirilən rüşvət və qaçaqmalçılıq əməliyyatı çərçivəsində o, Qarsda tutulub. Mirməhəmməd Seyidov təyyarə ilə Qarsa gedib. Təyyarədən enən kimi onu Qaçaqmalçılıq və mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinin əməkdaşları həbs ediblər. Gömrük rəisini Qarsdan İğdıra aparıblar. Azərbaycanın İğdırdakı konsulu Asiman Əliyev də polis şöbəsinə gedib.
Qeyd edək ki, Dilucu sərhəd keçid məntəqəsində 280 polis əməkdaşının iştirakı ilə böyük əməliyyat keçirilib. Əməliyyat zamanı 7 gömrük işçisi (1-i qadındır) 10 daşıma şirkətinin sahibi olmaqla 17 nəfər həbs edilib.
Xəbərlə bağlı videoya buradan baxa
bilərsiniz:
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi