İcra Hakimiyyətinin nümayəndələri şəhid Süleyman Bağırovun yeni doğulmuş körpəsini ziyarət edib - FOTOLAR
21-02-2021 [11:11]
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda sentyabrın 27-sindən başlayan Vətən müharibəsi şanlı Zəfərlə başa çatdı. Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında əsl qəhrəmanlıq göstərərək dövlətimizin və ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdilər. Qələbə sevincini bizə bəxş edən, bu yolda canından, qanından keçən igid Vətən oğullarından biri də şəhid leytenant Bağırov Süleyman Loğman oğludur.
Bu gün Şirvan Şəhər İcra Hakimiyyətinin nümayəndələri şəhid leytenant Süleyman Bağırovun yenicə dünyaya gəlmiş qızını ziyarət edib.
Şəhər İcra Hakimiyyətinin başçısı körpə Nilufərin dünyaya gəlməsi münasibətilə ailə üzvlərini təbrik edib, körpə üçün alınmış hədiyyələri təqdim edib, onun da atası kimi Vətənə layiqli övlad olmasını və sağlam, xoşbəxt böyüməsini arzulayıb.
Şəhidin adına yaradılmış xatirə otağında onun şəxsi əşyalarından, şəkillərindən ibarət guşə ilə tanış olub, Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla yad edib.
44 günlük Vətən müharibəsindən söz açan İcra Hakimiyyətinin başçısı Ali Baş Komandanın ətrafında yumruq kimi sıx birləşərək torpaqlarımızın azad olunmasında canından keçən hər bir şəhidmizin daim qəlblərdə yaşayacağını, onların xatirəsinin hər zaman əziz tutulacağını bildirib. Vətənpərvər, cəsur və yüksək keyfiyyətlərə malik övlad böyütdüyü üçün valideynlərinə təşəkkür edən İlqar Abbasov şəhidlik zirvəsinə ucalan Süleyman kimi oğullarla qürur duyduğunu bildirib. Qeyd edib ki, şəhidlik hər kəsin çata bilməyəcəyi ən yüksək məqamdır.
Ölkə Prezidenti tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışan İcra başçısı şəhidlərimizin, qazilərimizin və onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, şəhid adlarının əbədiləşdirilməsi istiqamətində dövlət səviyyəsində görülən işlər barədə məlumat verib. Şəhər İcra Hakimiyyəti tərəfindən Şirvan şəhərinin şəhid ailələrinin müntəzəm ziyarət olunduğunu, onların problemlərinə xüsusi həssaslıqla yanaşıldığını vurğulayıb.
Səmimi keçən söhbət zamanı şəhidin atası onları narahat edən məsələlər barədə danışıb. Şəhər İcra Hakimiyyətinin başçısı qeyd olunan problemlərin həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyini diqqətə çatdırıb. Şəhid atası Loğman Bağırov şəhid ailələrinə göstərilən diqqət və qayğıya, həssas münasibətə görə ölkə başçısı cənab İlham Əliyevə və çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlğını ifadə edib. Şəhidin körpəsinin ziyarət olunmasını şəhidimizə olan hörmət və ehtiramın əyani sübutu kimi qiymətləndirib. Sonda bir daha körpə Bağırova Nilufər Süleyman qızına ən xoş arzularını çatdıran İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin əmanətinin hər zaman diqqətdə saxlanılacağını vurğulayıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi