Əli İnsanov partiyasından danışdı

img

17-12-2013 [22:17]


Bugünlərdə mətbuatda həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanovun ABŞ-da yaşayan eks-spiker Rəsul Quliyev və Almaniyadan siyasi sığınacaq alan keçmiş deputat Hüseyn Abdullayevlə birgə partiya yaradacağı haqda məlumat yayılmışdı. Məlumatda partiyanın "Yeni nəfəs” adlanacağı da deyilirdi.

Əli İnsanov adının yeni partiya yaradıcılığı ilə bağlı hallandırılmasına münasibət bildirib. Keçmiş nazir bunu şaiyə adlandırıb. Vəkili Toğrul Babayevin "Azadlıq”a bildirdiyinə görə, İnsanov deyib ki, hansısa yeni partiyanın yaradılmasında iştirakı barədə yazılanlar həqiqətə uyğun deyil.

Əli İnsanov Ali Məhkəmə Plenumunun onun barəsində qərarı ala bilməməsinə də qiymət verib. Plenumun qərarı 1 ay müddətinə müdafiə tərəfinə verilməliydi. Lakin 1 ay müddət ötsə də, qərar İnsanovun vəkilinə (və ya özünə) verilməyib. Toğrul Babayev deyib ki, keçmiş nazir bunu Ali Məhkəmə sədri Ramiz Rzayevin siyasi sifariş yerinə yetirməsi kimi izah edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA