Deputat: "Doğuş şöbəsinin müdiri İradə Ağalarova və digər həkimlər məsuliyyət daşımamalıdır?"
20-02-2021 [11:47]
Jalə Əhmədova,
Milli Məclisin deputatı
***
Ölkəmizdə uğurla həyata keçirilən dövlət siyasətində səhiyyə sisteminin təkmilləşdirilməsi və inkişafı mühüm əhəmiyyət daşıyır.
Vətəndaşlarımızın hərtərəfli tibbi xidmətlə təmin edilməsi yönündə icra edilən layihələr, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət və nəzarətindədir.
Ölkəmizdə ən müasir avadanlıqlarla təchiz edilmiş yeni tibb müəssisələri istifadəyə verilir, insanlarımızın yüksək səviyyəli tibbi xidmətlərindən yararlanması məqsədi ilə çox mühüm işlər görülür. Təbii olaraq, Azərbaycan xalqının, gələcək nəslin sağlamlığı naminə reallaşdırılan bütün bu layihələr vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir, deputatı olduğum 59 saylı Salyan seçki dairəsinin ərazisində yaşayan seçicilərim tərəfindən rəğbətlə qarşılanır, dövlətimizin başçısının gördüyü işlər minnətdarlıqla qeyd edilir.
Bununla yanaşı, çox təəssüflə qeyd etməliyəm ki, cənab Prezidentimizin gördüyü bu işlərə kölgə salmaq istəyənlər də var və belələrinin cəzalandırılmasının vaxtı çatıb.
Belə ki, fevralın əvvəlində Salyan rayonunda baş vermiş ana ölümü barədə danışmaq istəyirəm. Cəmi 32 yaşı vardı Gülnarənin...
Hümmətova Gülnarə Mahir qızı Salyan rayonunun Dördlər kənd sakini idi. Faciəvi hadisə Salyan Mərkəzi Rayon Xəstəxanasının Doğuş şöbəsində baş verib. Belə ki, G.Hümmətova fevralın 5-də saat 21:40 radələrində hamiləliyin 39-40-cı həftəsində xəstəxananın doğuş şöbəsinə daxil olub və üzərində qeysəriyyə əməliyyatı aparılıb, körpə ana bətnindən götürülüb. Və olanlar da bundan sonra başlayıb. İki gün sonra gənc ana qanaxmadan həyatını itirib. Doğuşdan iki gün sonra həyatını itirmiş gənc ananın 3 azyaşlı körpəsi qalıb. Anasız qalmış üç azyaşlı körpə bundan sonra anasız böyüyəcək, ana nəvazişindən, ana qayğısından, sevgisindən məhrum olacaq.
Gülnarənin valideynləri həkimlərin səhlənkarlığından şikayətlənir, qızlarının ölümündə həkimləri təqsirləndirirlər.
Hesab edirəm ki, bu cür faciəvi ölümlərə səbəb həkimlərin səhlənkarlığından çox, onların qeyri-peşəkarlığıdır. Çünki qeysəriyyə əməliyyatı zamanı qan laxtalanmaya bilər və ya daxili qanaxma baş verə bilər. Peşəkar həkim xəstəni əməliyyata almamışdan öncə, onu yoxlamalı, baş verə biləcək hər şeyə hazır olmalıdır. Bir məsələni də xüsusi olaraq qeyd etmək istəyirəm ki, son zamanlar həkimlər nədənsə qeysəriyyə əməliyyatlarına daha çox üstünlük verirlər. Burada həm maddiyyat, hə də vaxt məfhumu böyük rol oynayır, desəm yanılmaram. Çünki qeysəriyyə əməliyyatı təxminən 30 dəqiqə, təbii doğuş isə saatlarla davam edə biləcək bir prosesdir. Qeysəriyyə əməliyyatına görə daha çox pul alan həkimlər (Salyan Mərkəzi Rayon Xəstəxanasının Doğuş şöbəsində rüşvət almaq adi hala çevrilib, şöbədə əməlli “bazar”dır), həm də vaxt baxımından xəstəyə qeysəriyyə əməliyyatını məsləhət görürlər.
Həkimlərin qeyri-peşəkarlığı səbəbindən baş verən ana ölümlərinə görə məsuliyyət daşımağın, cəzalandırılmağın vaxtı çatmayıbmı?! Nəyə görə 32 yaşlı Hümmətova Gülnarənin ölümünə görə Salyan Mərkəzi Rayon Xəstəxanasının Doğuş şöbəsinin müdiri İradə Ağalarova və ya digər həkimlər məsuliyyət daşımamalıdır? Üç körpənin anasız qalmasına görə cəzasızlıq mümkündürmü?
Əlbəttə YOX!!! Biz demokratik, hüquqi dövlətdə yaşayırıq. Vətəndaşlarımızın hüquqlarını qoruyan prokurorluq, hüquq mühafizə orqanlarımız var. Və mən əminəm ki, Hümmətova Gülnarə Mahir qızının ölüm işi hərtərəfli və obyektiv şəkildə araşdırılacaq, baş vermiş hadisəyə qanunvericiliyə uyğun olaraq hüquqi qiymət veriləcək. Ən əsası isə günahkar şəxslər öz layiqli cəzalarını alacaqlar.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi