Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
20-02-2021 [00:07]
Qoç - Mədəniyyət, incəsənət və ya dinə maraq artacaq. Yarımçıq işləri bitirməyə cəhd göstərin. Tələsik qərarlar verməyin. Yeni, orijinal və maraqlı ideyalar yarana bilər. Səfər, səyahət uğurlu alınacaq.
Günün ikinci yarısında müstəqillik, asudəlik istəyi arta bilər. Öz maraqlarınızı ön plana çəkərək yaxınlarınızın mənafelərini qulaq ardına vursanız, ciddi problemlərlə qarşılaşacaqsınız. İxtilaf və mübahisə də ola bilər. Özünüzü ələ alın.
Axşam saatlarında stressdən qurtulun.
Buğa - Maliyyə, sığorta, vergi və əmlakla bağlı məsələlərin həlli üçün münasib zamandır. Yaxın gələcəklə bağlı strategiyanı müəyyənləşdirin. Nikbin olun, sağlam məntiqi unutmayın. Yaxın ətrafınızdakı insanlarla təmaslarda təşəxxüslü, eqoist insan təsiri bağışlamayın.
Okkultizm, paranormal olaylar barədə məlumatlara marağınız arta bilər.
Ailə işlərinə və məişət qayğılarına vaxt ayırın. Yaşam arealını qaydaya salın, səliqəli olun. Yaxınlarınızı sevindirin.
Axşam saatları ünsiyyət, qonaq qəbul etmək üçün əlverişlidir.
Əkizlər - Məhsuldar, əlverişli zamandır. Kreativ olun, yeni tərəfdaş və ya şəriklər qazanmağa çalışın. Cari layihələri başa vurmamış yeni işə başlamayın. Maddi durumunuzu yaxşılaşdırmaq üçün gəlir mənbələrinin sayını və formasını artırmağa can atın.
Günün ikinci yarısı maliyyə məsələləri və hüquqi işlər üçün əlverişli zaman deyil.
Yaxınlarınız istəklərinizi dəyərləndirməlidirlər. Qayğıkeş, səmimi olun. Ailə üzvləri ilə təmaslarda harmoniyaya səy göstərin. Səhhətinizin qeydinə qalın. İdmanla da məşğul ola bilərsiniz.
Xərçəng - Adi günlərdən fərqli olaraq görüləsi işlərin sayı çoxdur. Diqqətli olun, önəmsiz məsələlərə fikrinizi yayındırmayın. Danışıqlar və zənglər vaxtınızı almasın. Səhhətinizin qeydinə qalın.
Nəyisə təcili almaq istəyəcəksiniz.
Günün ikinci yarısında yaşanan olaylarla bağlı tələsik qərar verməyin. Fəaliyyət prosesini kontrol altında saxlayın.
Romantik görüş zamanı deyil. Kobudluq və aqressivlik sizi pəjmürdə edə bilər.
Rasionunuza fikir verin. Mədənizdə ağrılar istisna deyil.
Şir - Əmlak və maliyyə məsələlərinin çözümünə elə səhər saatlarından başlayın. Fəal olun, süst davranmayın. Rəqiblərin sizi qabaqlamalarına imkan verməyin. Yetərincə riskli kommersiya əməliyyatından gəlir əldə edə bilərsiniz.
Yaradıcılıqla məşğul olan insanlar üçün münasib zamandır.
Günün ikinci yarısında yaşam arealında yenilənməyə başlayın. Sirlərinizi kimsə ilə bölüşməyin. Əks təqdirdə şayiə və ya dedi-qodu obyektinə çevrilə bilərsiniz.
Axşam saatlarındakı tanışlıq xoş anlar vəd edir.
Qız - Günün ilk yarısında fiziki işlə məşğul ola bilərsiniz. Problemlərin həllinə yaradıcı yanaşın. Səfər və səyahət üçün əlverişli zamandır. Ətrafınızdakı insanlarla mübahisə etməyin. Fikir ayrılıqları və anlaşılmazlıqları asanlıqla aradan qaldırmaq olar.
Günün ikinci yarısında iradəli, cəsarətli olun. Ağır vəziyyətə düşmüş yaxınınıza yardım edin. Ailədəki münasibətlər harmonik olacaq.
Axşam saatlarında dostlar qonaq gələ bilərlər.
Tərəzi - Əvvəlcədən hazırladığınız planlar alt-üst ola bilər. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. Yeni problemlər həm də yeni təcrübə imkanıdır. Çevik, mütəhərrik olun. Ünsiyyətlərdən faydalanmağı bacarın.
Günün ikinci yarısında ailə işləri və məişət qayğılarının sayı artacaq. Münaqişələrə qatılmayın. Axşam saatlarında sakit şəraitdə istirahət etmək pis olmaz.
Normal istirahət etməyə çalışın.
Əqrəb - Maddi məsələlərlə bağlı problemlərin sayı artacaq. İşgüzar fəaliyyətinizdə hisslərə əsir düşməyin. Praqmat davranın. Bilik və bacarıqlarınızdan praktiki şəkildə yararlanın. Alış-verişdə bədxərclik etməyin.
Günün ikinci yarısında diqqətinizi önəmsiz məsələlər yayındırmasın. Eqoist olmayın. Çətin situasiyadan çıxış yolunu arayın. Yaxınlarınızla ünsiyyətdə səmimi davranın, onların qayğılarından hali olun. Nəyə ehtiyac duyduğunuzu dəqiq müəyyənləşdirin.
Oxatan - Günün ilk yarısında səyahətə yollanmaq, yola çıxmaq olar. Yeni yerlər yeni təəssüratlar vəd edir. Yaxın ətrafınızdakı insanların istəklərini anlayın, onları qayğılandıran məsələləri görməyə çalışın. Ünsiyyətdə olduğunuz insanlara fikir verin. Düşünülməmiş addımlar qanun pozuntusu ilə sonuclanmamalıdır.
Günün ikinci yarısında yeni təmaslar, danışıqlar və görüşlər olacaq. Rasionunuza fikir verin. Səhhətinizə ziyan vuracaq həddə çatası addımlar atmayın.
Axşam saatlarında intoksikasiya riski var.
Oğlaq - Yaradıcılıq fəaliyyəti üçün yaxşı gündür. Ünsiyyətdə aktiv olun. Kommunikativ imkanlarınızı artırsanız, yeni dostlar qazana bilərsiniz. Amoral, mənəviyyatsız insanlardan uzaq durun.
Günün ikinci yarısında yeni tanışlıqların perspektivi olmayacaq. Bir qədər tənha qalmaq, müstəqil fəaliyyət göstərməkdə xeyir var. Qətiyyət və iradə məhsuldar nəticələr verə bilər.
Macəra axtarışları, sərgüzəşt istəkləri ailə üzvlərinizlə aranızda problemlər yarada bilər. Romantik hisslərə aldanmayın. Sizdən sui-istifadə etmək istəyən var. Yalanlara inanmayın.
Dolça - Qarşınıza qoyduğunuz məqsədə sürətlə irəliləmək üçün yaranmış situasiyadan istifadə edin. Sosial statusunuzu yüksəldin, gərəkli insanlarla ünsiyyəti aktivləşdirin. Kollektiv fəaliyyət daha yaxşı nəticələr verə bilər. Yeni ideyalar və fikirlərin mübadiləsinə önəm verin.
Günün ikici yarısında problemlərin həllində sayıq olun. Yenilənmə pis deyil.
Axşam saatları dostlarla görüş, yeni ideyaların müzakirəsi üçün əlverişlidir. Romantik təmaslar istəyi varsa, tələsməyin.
Balıqlar - Kommersiya fəaliyyəti üçün əlverişli zamandır. Maraqlı ideyalardan birini reallaşdırmaq üçün imkanlar yaranır. İş yerlərində həmkarlarınızla kobud danışmayın, rəhbərliyin göstərişlərini yerinə yetirməyə çalışın.
Aqressivlik işlərə mənfi təsir edəcək.
Günün ikinci yarısında qayda və intizam məsələləri ön planda olmalıdır.
Axşam saatlarına yaxın əhvalınız pisləşə bilər. Xroniki ağrıların kəskinləşməsi istisna deyil. Romantik görüş və ya insanların gur olduğu tədbir üçün yaxşı zaman deyil.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi