Şirvanda abadlıq-yenidənqurma işləri davam edirilir - FOTOLAR
19-02-2021 [20:54]
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq respublikamızın paytaxt və regionlarında aparılan abadlıq və quruculuq işləri Şirvan şəhərində də uğurla davam etdirilir. Şəhər ərazisində ardıcıl olaraq magistral və məhəllədaxili yollara asfalt çəkilir, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə çoxmənzilli yaşayış binaları təmir olunur, su-kanalizasiya, elektrik, qaz xətləri yenilənir, nümunəvi məhəllələr, park və yaşıllıqlar salınır.
Mia.az xəbər verir ki, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov İcra Hakimiyyətinin məsul işçiləri, aidiyyatı qurumların rəhbərləri ilə birlikdə şəhər ərazisində aparılan abadlıq, təmir-bərpa və tikinti işləri ilə yerində tanış olub.
İlqar Abbasov öncə binalarına qarşısında salınan nümunəvi məhəllələrə baxış keçirib, görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb. Şəhərin 28 May küçəsi 3, 4, 5 və 7 saylı binaların qarşısında nümunəvi məhəllənin, Heydər Əliyev küçəsi 10 və 12, F.Eynullayev küçəsi 9 saylı binaların qarşısında “Mərasim evi”nin tikintisi tamamlanmaq üzrədir. Binaların fasadları rənglənib, dam örtüyü vurulub, əraziyə tamet tavalar döşənib, bardyurlar düzülüb, avtomobillərin saxlanması üçün ərazilər və məhəllədaxili yollar asfaltlanıb, uşaq-əyləncə və idman qurğuları, söhbətgahlar quraşdırılıb. Heydər Əliyev küçəsi 14,15,16 və 44 saylı binaların ətrafında abadlıq işləri davam etdirilir, münbit torpaq qatının verilməsinə hazırlıq işləri aparılır.
“İDEA” İctimai Birliyinin təşəbbüsü ilə yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması və rahat yaşam şəraitinin yaradılması məqsədi ilə həyata keçirilən “Bizim həyət” layihəsinə uyğun olaraq L.İbrahimov 4, 20 Yanvar 4a saylı binaların qarşısında salınacaq “Abad məhəllə”də ilkin hazırlıq işləri aparılır. Bu, “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə Bakı şəhərindən sonra regionlarda ilk olaraq Şirvan şəhərində salınacaq ikinci abad məhəllə olacaqdır.
Sonra şəhər İcra Hakimiyyətinin başçısı Ş.Şükürov küçəsində sakinlərin təşəbbüsü ilə salınan məhəllədə olub. Məhəllədə söhbətgahlar, uşaq-əyləncə qurğuları quraşdırılıb, əraziyə tamet döşənib, bardyurlar düzülüb, ağacların əkilməsi üçün əraziyə münbit torpaq qatı verilib.
Daha sonra təmir-bərpa işləri aparılan küçələrə baxış keçirilib. Bağ evləri yaşayış massivində Naxçıvan və Xəqani küçələrinə asfalt-beton örtük vurulub, Füzuli küçəsinin asfaltlanması davam edir. M.V.Vidadi, T.Ələkbərov, S.Ə. Şirvani, G.Şıxbalaoğlu, Ş.Şükürov, küçələrində piyada səkilərinə asfalt-beton örtüyünün çəkilməsi işləri tamamlanıb, 1 May küçəsində işlər davam etdirilir. Yaxın zamanlarda F.Eynullayev, Xəqani (Bağ evləri), Naxçıvan (Bağ evləri), M.Əsədov, M.S.Ordubadi, X.Məmmədov, Füzuli, S.Ə.Şirvani, M.Qədirov, Ş.Şükürov küçələrinə asfalt-beton örtük vurulması nəzərdə tutulub.
İcra Hakimiyyətinin başçısı görüləcək işlərlə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.
Şirvan şəhərinin simasının daha da gözəlləşməsi və sakinlərin həyat şəraitinin yüksəlməsi naminə abadlıq və yenidənqurma işləri bundan sonra da davam etdiriləcəkdir
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi