“Xatirə İslam öz sirlərini açsa, telekanalımız ona qonorar ödəyər”
19-02-2021 [20:01]
Müğənni Xatirə İslamın verilişlərə qonorarla çıxacağını açıqlaması müzakirə olunmağa davam edir.
Müəğənninin fikirlərinə sənət dostları da dəstək çıxıb. Müğənni Elnarə Xəlilova, Xuraman Şuşalı və başqa sənətçilər həmkarlarını birlik olmağa səsləyib.
Prodüser Təranə Səmədova isə Musavat.com-a açıqlamasında qeyd edib ki, Xatirənin qərarı Azərbaycanda birmənalı qarşılanmayacaq:
“Dünyanın bir çox ölkələrində sənətçilər efirə pul qarşılığında çıxır. Xatirənin tələbi məqsədəuyğundur. Pandemiyadan sonra telekanallarda maddi sıxıntılar var, sponsorlar azalıb. Bu vəziyyətdə telekanallar Xatirəyə pul ödəməyəcək. Hətta onu qara siyahıya da ata bilərlər. Xatirə sadəcə olaraq seçim edə bilər, reytinqləri yüksək olan verilişlərə çıxsın, bəyənmədiyi verilişlərə çıxmasın. Mən sənətçilərə dəstəyəm, istəyərəm qonorar ödənsin onlara. Lakin Azərbaycanda işləyəcək sistem deyil”.

T. Səmədova bildirib ki, səviyyəli müğənnilərin efirdən imtina etməsi televiziyalarda sənəti olmayan ifaçıların artmasına səbəb olub: “Biz Azərbaycanda ancaq müharibə dövründə bir olduq. Başqa vaxt bizdə birlik yoxdur. Sənəti olan sənətçilər Xatirə ilə birlik olsalar, televiziyalar məcbur olub qonorar ödəyər. Bizdə birlik olmadığı üçün Xatirə və Elnarə Xəlilova fikirlərinə görə tək qalacaqlar. Onsuz da illərdir ki, sənəti olanlar kənarda qalır, istedadsızlar önə gedir. Baxırsan ki, “nay-nanay” oxuyanlar birinci gün bir telekanaldadır, ikinci gün digər telekanalda. Mən efirdə Samir Bağırovu, Samir Cavadzadəni, Cabir Abdullayevi görmək istəyirəm. İstedadlı insanlar istedadlarına güvənib kənara çəkiliblər. İstedadsızlar arsızlıqlarından istifadə edib, önə gedirlər”.
Bəs, televiziyalar müğənnilərin qonorar tələbinə nə deyir?
ARB telekanalının mətbuat katibi Ozal İbrahimli bildirib ki, “Onun sirri” verilişində qonaq olan sənət adamlarına ödəniş edirlər:
“Biz bu günə qədər heç bir müğənnini ödəniş müqabilində efirə çıxarmamışıq. Sadəcə olaraq ARB telekanalının efirində “Onun sirri” adlı veriliş var, hansı ki, Rusiyanın NTV kanalının lisenziyası əsasında rəsmi olaraq alınıb. Bu verilişin qaydalarına uyğun olaraq, müğənni öz sirrini açır və bunun müqabilində də pul qazanır. Əgər Xatirə İslam öz sirlərini açıb pul qazanmaq istəyirsə, buyurub “Onun sirri”ndə qonaq ola bilər”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi