DİM-dən imtahanlarla bağlı sərt xəbərdarlıq: "Ən ciddi tədbirlər görüləcək"
19-02-2021 [17:54]
"Təəssüf olsun ki, bəzi hallarda müəyyən şəxslər qanunsuz yollarla imtahanlardan müsbət nəticə əldə etməyə cəhd göstərirlər. İmtahanlarda daha çox mobil telefonla binaya daxil olmağa cəhd, köçürmək üçün müxtəlif əyani vəsaitlərdən istifadə, sual kitabçasını və cavab kartını dəyişmək, köçürməyə cəhd və digər hallara rast gəlinir".
Mia.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, istər imtahan binasına daxil olan zaman, istər imtahan müddətində, istərsə də imtahandan sonra baş verən bütün hallar, qayda pozuntuları, DİM əməkdaşları, zərurət olduqda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və müvafiq addımlar atılır:
"Bu gün keçirilən inzibati rəhbər (A növü) vəzifələrə aid qruplar üzrə dövlət qulluğuna qəbul imtahanında hazırda dövlət qulluqçusu olmayan və dövlət orqanlarının birində müqavilə əsasında çalışan 1 namizədin üzərində səs ötürücü qurğu tapılıb. Həmin namizəd ötürücüdən istifadə etməyə çalışarkən bu hal zal nəzarətçiləri tərəfindən aşkar olunub və müvafiq protokol tərtib olunmaqla namizəd imtahandan kənarlaşdırılıb. Həmin şəxslə bağlı müvafiq dövlət orqanına da müraciət olunacaq.
Dövlət orqanında müqavilə əsasında çalışan və gələcəkdə inzibati rəhbər vəzifə tutmaq istəyən bir şəxs tərəfindən belə bir qayda pozuntusunun törədilməsi təəssüf hissi doğurur. Dövlət qulluqçularının etik davranış qaydalarında qeyd olunduğu kimi, dövlət qulluqçusu və ya dövlət qulluğunda çalışmaq istəyən insanlar bütün hallarda hər bir şəxs üçün nümunə olmalıdırlar. Gələcəkdə dövlət qulluqçusu olmaq istəyən şəxs dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.
Bu kimi halların baş verməsi Dövlət İmtahan Mərkəzinin də işini çətinləşdirir. Belə ki, Mərkəz imtahanın təhlükəsizliyinin təmin edilməsi, ədalətli seçimin həyata keçirilməsi və digər bu qəbildən olan üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi üçün əlavə maddi vəsait və insan resurslarını sərf etməli olur. İmtahanların təşkili zamanı bütün qeyd edilənlər və ictimaiyyət üçün məlum olmayan bir sıra tədbirlər əlavə canlı qüvvənin və maddi vəsaitlin xərclənməsini zəruri edir və təbii ki, DİM-in resurslarının daha səmərəli istifadə olunmasına mane olur".
Dövlət İmtahan Mərkəzi gələcək imtahan iştirakçılarına müraciət edərək, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu, dövlət qulluğuna qəbul, eləcə də digər imtahanlarla bağlı qaydalara, tələblərə tam riayət etməyə çağırır: "Bu sahədə mövcud tələbləri pozan şəxslərə qarşı ən ciddi tədbirlər görüləcək".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi