Baş prokuror: "Korrupsiyada təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi təmin olunacaq"
19-02-2021 [16:40]
"Korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin tərkib hissəsidir".
Mia.az xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, bu bəlaya qarşı mübarizə daim aparılır: "Eyni zamanda qeyd etməliyəm ki, korrupsiyaya qarşı mübarizə prokurorluğun əsas fəaliyyət istiqamətlərindən biridir və bununla əlaqədar ixtisaslaşdırılmış cinayət təqibi orqanı olan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bu sahədə bir çox iş görülsə də, hələ də qarşımızda duran bir sıra vəzifələr mövcuddur. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan sistemli islahatlar nəticəsində ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra uğurlar əldə edilmişdir ki, bu da bir çox beynəlxalq qurumların, o cümlədən BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC), Avropa Şurasının Korrupsiyaya qarşı mübarizə aparan Dövlətlər Qrupunun (GRECO) hesabatlarında öz əksini tapıb. Onu da xüsusi vurğulamaq lazımdır ki, əksər dövlət qurumlarının iştirakı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üzrə 2021-2025-ci illər üçün Milli Fəaliyyət Planı” hazırlanır. Həmin planda korrupsiyaya qarşı aparılan sistemli, institusional mübarizənin təkmilləşdirilməsini təmin edəcək tədbirlər nəzərdə tutulmaqdadır".
Baş prokuror bildirib ki, ölkə həyatının müxtəlif sahələrində aşkar edilən korrupsiya faktları ilə əlaqədar cinayət işləri istintaq olunur, həbslər aparılır: "Korrupsiyaya qarşı mübarizə sahəsində cənab Prezident İlham Əliyevin siyasi kursuna uyğun olaraq məqsədyönlü işlər görülür və bundan sonra da prokurorluq orqanları tərəfindən bu sahədə ciddi tədbirlərin görülməsi, o cümlədən korrupsiya şəbəkələrinin, korrupsiya sxemlərinin aşkar edilərək təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi təmin ediləcək. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşdırılmış cinayət təqibi orqanı kimi yaradılsa da, bu sahədə mübarizə tək Baş İdarə tərəfindən deyil, bütün prokurorluq orqanları, o cümlədən digər hüquq mühafizə və dövlət qurumları ilə əlaqəli şəkildə aparılır. Bununla yanaşı korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş cəmiyyətinin rolunu xüsusi vurğulamaq lazımdır. Bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə qurulmuş sıx əlaqələr, onlarla birlikdə keçirilən maarifləndirici tədbirlər mübarizənin effektivliyinə müsbət təsirini göstərir. Eyni zamanda Baş Prokurorluğun fasiləsiz fəaliyyət göstərən Çağrı mərkəzi və Qaynar xətti ilə vətəndaşlardan daxil olan qanun pozuntuları barədə müraciətlər aidiyyəti üzrə araşdırılır".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi